azia.az
azia.az

Məktəblərdə kriminal: şagirdlər niyə bir-birinə xəsarət yetirir? - Açıqlama

6-12-2024, 08:24

Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı X sinif şagirdi digər şagirdə kəsici alətlə xəsarət yetirib. Şagird hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, son zamanlar bu cür hadisələr tez-tez təkrarlanır. Psixoloqların fikrincə, yuxarı sinif şagirdləri yetkinlik dövrünə qədəm qoyduqları üçün daha aqressiv olurlar. Cinsi yetişkənlik dövründə onların davranışlarında müəyyən uyğunsuzluqlar müşahidə edilir. Həddindən artıq emosionallıq, əsəbilik, ətrafdakı insanlara qarşı laqeyidlik, yekəxanalıq kimi davranışlar üzə çıxır. Ailədaxili münaqişələr, valideynlərin onlarla kobud rəftarı bu yeniyetmələrdə aqressiyanın pik həddə çatmasına səbəb olur.

Təhsil eksperti Elşən Qafarov Bakupost.az-a bildirib ki, Bu gün orta məktəblərin təlim-tərbiyə prosesində mövcud olan ən əsas problemlərdən biri də şagirdlər arasında dava-dalaşa, kriminal aləmə meylliliyin olmasıdır:

Bakupost.az

"Bu gün məktəblərimizdə sinif yoldaşına ağır xəsarətlər yetirən, vuran, döyən, bıçaqlayan şagirdlərimiz var. Belə şagirdlərin sayı gündən-günə artır. Məktəblərdə bəzi şagirdlər özlərini kriminal aləmdəki kimi hesab edərək, aşağı sinif şagirdlərinə müxtəlif qaydalar tətbiq edirlər. Onları müxtəlif cəza növləri ilə cəzalandırırlar. Yuxarı sinif şagirdlərinin aşağı sinif şagirdlərinə şiddət tətbiq etməsi kimi faktlar mövcuddur. Bunun ən başlıca səbəbi ümümtəhsil məktəblərində təlim-tərbiyə işinin sistemli aparılmaması və ölkədə tərbiyə konsepsiyasının olmamasıdır. "Təhsil haqqında" qanunda ümumtəhsil məktəblərinin vətəndaş və şəxsiyyət yetişdirmək kimi vəzifəsi əks olunsa da, həmin kriteriyalar müəyyənləşməyib. Eyni zamanda, cəmiyyətin özündə də müəyyən boşluqlar var. Televiziyalarda təlim-tərbiyə xarakterli proqramların çox az olması yeniyetmələr arasında kriminal aləmə meyli artırır. Vəziyyətin ciddiliyini nəzərə alıb gec olmadan onun qarşısını almaq üçün maarifləndirmə işlərini artırmaq lazımdır. Məktəblərdə təlim-tərbiyə işini önə çıxarmaq vacibdir. Bütün bunlar olmadığı üçün sözügedən aləmə meyllik artır. Hazırda ölkə üzrə belə tədbirlər yox səviyyəsindədir”.

Sevinc,
BakuPostğ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi