azia.az
azia.az

Azad edilmiş ərazilərdə 5 məktəb AÇILIB

8-11-2024, 15:00

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşmən tapdağından azad etdiyi əzəli torpaqlarımızda bu gün həyat yenidən canlanır, bütün sahələrdə quruculuq, bərpa, tikinti işləri gedir.
 

Xüsusilə təhsil sahəsində ciddi işlər görülüb. Bu gün azad edilən ərazilərdə onlarla məktəb, Qarabağ Universiteti fəaliyyət göstərir.
 

Modern.az işğal dövründə Azərbaycan torpaqlarında erməni separatçıları tərəfindən dağıdılan və quruculuq işləri çərçivəsində yenidən qurulan təhsil müəssisələri ilə bağlı məlumatları təqdim edir.

Erməni separatçı qüvvələri işğal dövründə 1107 təhsil müəssisəsini tamamilə dağıtmış, 855 uşaq bağçasını vəhşicəsinə məhv etmişdir. Bununla yanaşı, 85 musiqi və rəssamlıq məktəbi yerlə-yeksan olunmuşdur. 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı məhv edilmişdir. Münaqişədən öncə dövlət qeydiyyatına alınmış 700-dən artıq tarix və mədəniyyət abidəsi işğalçıların qurbanı olmuşdur.

 

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra aparılan bərpa işləri çərçivəsində həmin ərazilərdə bütün struktur kimi, təhsil müəssisələri də yenidən qurulur. Bu gün Qarabağ Regional Təhsil İdarəsi tərkibində ümumilikdə 446 məktəb mövcuddur ki, bu məktəblərdə 103222 şagird təhsil alır, 12496 müəllim fəaliyyət göstərir. O cümlədən Qarabağda azad edilmiş ərazilərdə 5 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə ümumilikdə 115 müəllim çalışır və 1282 şagird təhsil alır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi