Qazaxda "at oynadan" biznesmen kollec direktorunun "krişası" kimdir? - Aylığa bağlanan tələbələr, qohum-əqrəba yığıncağı və.s - ŞOK İDDİA
Qazax rayon Dövlət Sosial-İqtisadi Kollecin Direktoru Elşad Quliyev Direktoru olduğu Kolleci sanki ata-babasından qalmış əmlak kimi istifadə edir.
Qalmaqallardan başı açılmayan Elşad Quliyev növbəti dəfə qanunları çeynəməklə məşğuldur.
32gun.az-a daxil olan məlumatda iddia edilir ki Kollecdə fəhlə və xadimə ştatında olan bir çox işçilər özlərinə aid olan vəzifəni yerinə yetirmək əvəzinə bütün günü kabinetdə əyləşirlər. Dövlətdən hər ay maaş alan bu şəxslər vəzifələrini icra etmək əvəzinə niyə kabinetdə əyləşirlər? Görəsən maraq nədir?
"Yəqin ki, Elşad Quliyev işçilərə qıymayıb onları yormaq və yaxud "əziyyət" vermək istəmir?"
Saytımıza verilən digər məlumatda iddia edilir ki, Kollecinin qanuni sürücü ştatı olsa da Elşad Quliyev avtomobili qohumlarının birinin adına yazdırıb və əməkhaqqı kartını mənimsəmək yolu ilə avtomobili özü idarə edir.
Maraqlıdır ki, Dövlətəin qanunlarına əməl etməyən və qanunları heçə sayan Elşad Quliyev günü bu gündə vəzifə başındadır.
Bu qədər özbaşınalığa və qanunsuzluğa yol verən Elşad Quliyev görəsən kimə güvənir və yaxud arxasını kimə, hansı güvəndiyinə "krişasına" söykəyib?
Sosial şəbəkədə eləcə də rayona məxsus qrup və səhifələrdə araşdırma apardığımız zaman qarşımıza qəribə iddia çıxıb. Belə ki, Kollec direktoru Elşad Quliyevin Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya arxalandığı yazılıb. İddiaya görə direktorun kollecdə "at oynamasına" səbəb də odur...
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi keçirilən monitorinqlər çərçivəsində Agentliyin nümayəndələri 28-29 mart tarixlərində Qazax və Tovuz Dövlət Sosial-İqtisadi Kolleclərində olublar.
Monitorinq zamanı gözdən pərdə asmaq üçün aylığa buraxılmış tələbələr hamsı dərsə gətizdirilib amma monitorinq bitdikdən sonra yenidən köhnə vəziyyət yaranıb.
İddia edilir ki, 100 nəfərə yaxın tələbə aylığa buraxılıb. İddaya görə, Hər aylığa buraxılan tələbə bir smestr üçün direktor Quluyevə 1000 azn pul verir.
İstər sosial şəbəkədə, istərsə də bəzi media orqanlarında gedən məlumatlara görə, tələbələrin təhsil haqqı hesabına formalaşan kollecin xüsusi hesabına yığılan 100 minlərlə vəsait direktorun müxtəlif yollarla etdiyi maxinasyalarla kotirovka edilib mənimsənilir. Halbuki həmin xüsusi hesabdan kollecin müəllimlərinə ildə bir neçə dəfə premya verilməlidir (məsələn 5 okyabr müəllim günü,8 mart beynəlxalq qadınlar günü və.s). Lakin demək olar ki buna əməl edilmədiyi qeyd edilib.
Elşad Quliyevin "şahmatvari oyunlarının" bununla bitmədiyi iddialar arasındadır.
Belə ki, iddialara gorə kollec direktoru özünü biznes sahəsində də sınayıb və çox da uğurlu, davamlı gəlirlər əldə edib.
Qazaxda Qeydiyyat şöbəsi, Hüseynbəyli kəndinə gedən yolun kənarında, altı mağaza, üstü kafe kimi fəaliyyət göstərir. Digəri isə yeni tikiməkdədir. Maraqlısı bundadır ki, obyektlərin hər biri onun ailə üzvlərinin adına sənədləşdirildiyi bildirilir.
İddiaya görə, Elşad Quliyevin həyat yoldaşı məktəblərin birində təlim-tərbiyə müəllimi vəzifəsində çalışsa da, bir neçə ay bundan əvvəl məktəbdən kənərlaşdırılmış və hal-hazırda isə işə qayıtdığı bildirilir. Bu barədə daha ətraflı növbəti araşdırmalarımızdan sonra...
Məsələ ilə bağlı istər Elşad Quliyevin özünə, istərsə də kollecin rəsmi email-nə suallar ünvanlasaq da suallarımız cavabsız qaldı.
Ayxan