Əkizlərdən biri ABŞ, digəri Britaniya universitetinə qəbul oldu - BANM məzunlarından unikal hadisə
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM)məzunları Rəşad və Rəşid Azadlı qardaşları “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıblar.
Əkizlər BANM-da eyni ixtisasla yanaşı, həm də eyni qrupda təhsil alıblar.
Rəşad Azadlı - (2024-cü il məzunu) ABŞ-ninTexas A&M Universitetinin Təhlükəsizlik mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. Rəşad 2019-cu ildə 679,3 balla BANM-ın Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü idi.Tələbəlik illərində SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. Ölkə daxili və xaricində bir sıra yay məktəblərində iştirak edib. “bpSummerEngineeringSchool”, bp-nin təlim düşərgəsi və Polşanın Krakov şəhərində keçirilən “SPINAKER Yay məktəbinin II buraxılışı”nın iştirakçısı olub.
Rəşid Azadlı- (2024-cü il məzunu) Britaniyanın Mançester Universitetinin Bərpa olunan enerji və təmiz texnologiya ixtisasında magistratura təhsili alacaq. Rəşid 2019-cu ildə 663 balla Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasına daxil olub.Tələbəlik illərində “SOCAR UPSTREAM ManagementInternational MMC” şirkəti və “Bahar Energy” əməliyyat şirkətində təcrübə keçib. SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. BANM-ınTələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında iştirak edib, fərqlənmə dərəcəsinə layiq görülüb. “Mühəndislər üçün biznes təhsili” layihəsində iştirak edib.
Məzunlarımızı təbrik edir, qürur duyuruq!
#TexasAMUniversity