azia.az
azia.az

BANM-ın 5 məzunu top onluqda

12-08-2024, 17:02





 

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 23 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. 

Onlardan 5-i ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq:

 1. Aydın Tahirzadə -(2024-cüilməzunu) İsveçrə Federal Texnologiya İnstitutunun (ETH Sürix) Tətbiqi geofizika ixtisasında magistratura təhsili alacaq. “ETH Sürix” dünya reytinqində ilk 7-ci yerdə qərarlaşıb. Aydın 2019-cu ildə 653.5 balla BANM-ın Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. 

Tələbəlik illərində BANM-ın İntellektual Oyunlar Klubunun sədrlik edib.

 

2. Elza Qurbanova- (2024-cü il məzunu) Britaniyanın London Universitet Kollecinin (UCL) İnformasiya təhlükəsizliyi ixtisasında magistratura təhsili alacaq. “UCL” dünya reytinqində ilk 9-cu yerdə qərarlaşıb. Elza 2019-cu ildə 688.6 balla BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü idi. Tələbəlik illərində “Kiber klub”un sədri olub. Bununla yanaşı, London İmperial Kolleci, “King's College London”, Şeffild Universiteti və Birminhem Universitetlərinə də qəbul alıb. 

 







3. Aytac Əsgərova - (2024-cü il məzunu) Britaniyanın London Universitet Kollecinin (UCL) Kimyəvi proses mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. Aytac 2019-cu ildə 656.3 balla BANM-in Kimya mühəndisliyi ixtisasına daxil olub.Tələbəlik illərində IELTS imtahanından 8.5 ,magistraturaya qəbul imtahanından isə 96 bal toplayaraq hər iki cəhd üzrə respublika birincisi olub.








 4. Əli Məmmədov - (2024-cü il məzunu) Britaniyanın London Universitet Kollecinin (UCL) Kimyəvi proses mühəndisliyi ixtisasında magistratura təhsili alacaq.2019-cu ildə 655 balla BANM-in Kimya mühəndisliyi ixtisasına daxil olub.Tələbəlik illərində SOCAR-ın bir sıra müəssisə və zavodlarında istehsalat təcrübəsi keçib.

 




5. Şəkər Qədirli - (2023-cü il məzunu)Britaniyanın London Universitet Kollecinin (UCL)İnformasiya təhlükəsizliyiixtisasında magistratura təhsili alacaq.2018-ci ildə 700 balla BANM-ınİnformasiya təhlükəsizliyi ixtisasına daxil olub.Prezident təqaüdçüsü idi.Tələbəlik illərində IELTS imtahanından 8.0 toplayıb.“KiberLüğət” layihəsinin müəllifidir. Bundan başqa, “King's College London”, “Lancaster University”, “University of Birmingham” və “Czech technical university in Prague” universitetlərinə də qəbul alıb.

Hazırda “Iktex” MMC-də Kibertəhlükəsizlik üzrə analitik kimi çalışır.

 

Məzunlarımızı təbrik edir, qürur duyuruq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi