Bu müəllimlərin dərs saatları ARTIRILACAQ – RƏSMİ
“Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır”.
Azia.az blogu sfera.az-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10 500 vakant yer təqdim edilib:”4300-dən çox müəllim təkrar sertifikatlaşdırılmada uğur qazana bilməyib, onların əmək müqavilələrinə xitam verilib. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır”.
O əlavə edib ki, buna görə də hər işdən çıxarılan müəllimin yerinə başqa təhsilverən götürülməyəcək. Məktəbdə fəaliyyət göstərən aidiyyəti fənn müəllimlərinin dərs saatları artırılacaq.