310 saylı bağçada şiddət görən azyaşlı danışmağı belə, bacarmırmış-VIDEO
Sosial şəbəkələrdə Sabunçu rayonundakı uşaq bağçalarından birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb.
Azyaşlının anası bildirib ki, onun özü də övladının döyülməsi haqqında məlumatı sosial şəbəkə vasitəsilə öyrənib.
Valideyn hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də araşdırmalara başlayıb. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, bağça rəhbərliyi və tərbiyəçi polisə dəvət olunublar.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, 310 nömrəli bağçada tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.
Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən bağça müdirinin səlahiyyətlərinə də xitam verilib.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
***12.07.2024 22.03
Sabunçu rayonunda azyaşlının şiddət gördüyü və təhqir edildiyi 310 nömrəli bağçanın direktoru və tərbiyəçinin görüntüləri yayılıb.
Xəbər verilir ki, BAKU.TV həmin bağçada olub və tərbiyəçini danışdırıb. Tərbiyəçi tutduğu əməli etiraf edib və özünə belə haqq qazandırıb:
“Eləmişəm! Sadəcə o qədər əsəblərimi cilovlaya bilmədim. Haqsızlıq o qədər baş verdi ki...”, - deyə tərbiyəçi bildirib.
Baçanın direktoru Humay Hüseynova da hadisənin baş verdiyini etiraf edib.
Daha ətraflı BAKU.TV-nin reportajında:
BAKU.WS