Ən yüksək bal toplayan namizədlər - MİQ-dən AÇIQLAMA-SİYAHI + FOTOLAR
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin ilk günündə texnologiya və təsviri incəsənət fənləri üzrə yüksək bal toplayan namizədlərin bir qismi təqdim edilib.
Bu barədə Valyuta.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, 6 müəllim ən yüksək nəticəni əldə edib.
Sözügedən müəllimləri təqdim edirik:
Aytən Mamedova- Texnologiya müəllimi- 95,75 bal;
Lalə Kərimova- Texnologiya müəllimi- 95 bal;
Aynur Rzayeva- Texnologiya müəllimi- 93,75 bal; ..
Şəbnəm Zeynalova- Təsviri incəsənət müəllimi- 93,75 bal;
Sevda Fərzullazadə -Təsviri incəsənət müəllimi- 89,75 bal;
Elmira Vəliyeva- Təsviri incəsənət müəllimi- 88,75 bal.