Əli Həsənov keçindi— FOTO
Azia.az blogu qafqazinfo.az-a istinadən xəbər verir ki, professor, UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri Həsənov Əli Pənah oğlu vəfat edib.
Qeyd edək ki, o, 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.
1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilib.
1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Sənaye malları əmtəəşünaslığı” kafedrasının assistenti olub.
1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənaye malları əmtəəşünaslığı” kafedrasının dosenti;
1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru;
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru;
2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsinin dekanı vəzifələrində işləyib.
2011-ci ildən “Qeyri-ərzaq malları əmtəəşünaslığı” kafedrasının, 2020-ci ilə kimi UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri olub.
22.10.2020-ci il tarixdən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının məsləhətçi-professorudur.
150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir. Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı, 2011-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.
Prezident İlham Əliyevin 24 sentyabr 2020-ci il Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Ailəlidir, dörd övladı var.