azia.az
azia.az

53 saylı məktəbin rəhbərliyinin havadarı deyəsən yaman güclüdür?

3-11-2023, 17:23

Yeni tədris ilinin başlanması ilə məktəblərin köhnə problemləri yenə də baş qaldırıb. Bir çox məktəblərdə müəllimlərlə əmək müqavilələrinin bağlanmasında kobud qanun pozuntularına yol verilir. Bakı Şəhər Yasamal rayon 53 saylı tam orta məktəbin ibtidai sinif (rus bölməsi) müəllimi Axundova Sevil Abbas qızı Təhsil naziri Emin Əmrullayevə müraciət edərək üzləşdiyi problemin həllində kömək istəyir.

Şikayətçi 1972-ci ildən 53 saylı tam orta məktəbin rus bölməsində müəllim işlədiyini bildirir.

“ Ötən tədris ilində mənə məktəbə hazırlıq sinifində dərs demək tapşırılmışdı. Həmin sinifdə mart ayına qədər-pandemiya ilə əlaqədar məktəblər bağlanana qədər dərs demişəm. Daha sonra isə tədrisi onlayn şəkildə davam etdirmişəm. Hətta yay tətili günlərində də şagirdlərimlə əlaqə saxlamış, onların müxtəlif problemlərinin həllində yardımçı olmuşam.

Yayda rayonun qabaqcıl və təcrübəli müəllimi kimi BŞTİ-nin təqdimatına və BŞTİ-nin əməkdaşı Namiq müəllimin xahişinə əsasən birinci siniflərə qəbul prosesinə qatılmış, ağır əməliyyatdan çıxmağıma baxmayaraq 3 həftə saat 9-dan 18-ə kimi imtahan-müsahibələrdə iştirak etmişəm.

Nəzərinizə çatdırım ki, bu ilin may ayının 23-də mənim 65 yaşım tamam olub. Cari ilin fevral ayında 53 saylı məktəbin direktoru vəzifəsindən azad olundu və məktəbə rəhbərlik müvəqqəti olaraq Rəşad Alcanova tapşırıldı. İşdə qalmağım barədə ona müraciət edəndə Rəşad müəllim məni müqavilə ilə işdə saxlayacağına söz vermişdi.

Lakin yeni dərs ili başlayanda Tünzalə Zeynalova bizim məktəbə direktor təyin olunub. Onunla tanış olarkən mənim haqqımda xoş sözlər söylədi və müqavilə ilə işimi davam etdirməmə köməklik edəcəyinə söz verdi. Lakin məktəbdən məndən başqa təqaüd yaşına çatmış 3 müəllimlə müqavilə bağlamaq üçün BŞTİ-nə təqdimat verilməsi və müsbət cavab alınması,bu siyahıda adımın olmaması məni və valideyinləri narahat etməyə başladı. Buna baxmayaraq direktor mənim nüfuzumdan istifadə edərək sinifimə 40-a yaxın uşaq yığmışdı. Sinifim tam komplektləşəndən və tədris prosesinə hazır vəziyyətə gətiriləndən sonra 14 sentyabr tarixində direktor mənə BŞTİ tərəfidən işdən azad olunduğumu və yerimə başqa müəllimin qəbul edildiyini bildirdi. Maraqlı burasındadır ki, işlədiyim 53 saylı məktəbdə Təhsil naziriliyi tərəfindən yalnız bir fizika vakant yeri ayrılmışdır. Mən öz marağım üçün bu vakansiya məsələsini son günə qədər izləmişdim. Elə bu baxımdan ümidlərim üzülməmişdi. Lakin 15 sentyabrdan Gülcənnət adlı yeni müəllimənin məktəbə göndərilməsi hər kəsdə təəccüb doğurmaya bilməz. Mən onda bildim ki, BŞTİ və direktor tərəfindən hərraca çıxarılan sinifim artıq öz müştərisini tapıb!“

Şikayətçi Sevil Axundova ailə vəziyyətinin ağır olduğunu və işdən azad olunduğu üçün çox çətin vəziyyətə düşdüklərini bildirib.

AİA.AZ məsələ ilə bağlı Tünzalə Zeynalovanın mövqeyini öyrənməyə çalışılıb. Lakin onun məlum hadisədən dolayı telefonlarını söndürdüyü məlum olub.

P.S. 53 saylı məktəbin direktoru Tünzalə Zeynalovanın millət vəkili Qənirə Paşayeva ilə rəfiqə olduğu bildirilir. Elə bu baxımdan onun himayəsi ilə çalışdığı deyilir. Hər halda belə deyirlər…

Joker
aia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi