GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏN EMİN ƏMRULLAYEVİN MENYUSUNA
Hörmətli cənab nazir Emin Əmrullayev, biz Gəncə Dövlət Universitetinin müəllimləri məcbur olub Sizə müraciət edirik. Bizim universitet özü-özünü maliyyələşdirir. Universitetin rektoru Yusif Yusibov müəllimlərin maaşlarını qaldırmır. Universitetin büdcəsini təmir və müxtəlif layihələr adı altında mənimsəyirlər. Bizdə 20 ildən çox stajı olan dosentlər 710 manat, laborant heyəti isə 250-300 manat həddində maaş alır. Siz deyin, indiki şəraitdə bu maaşla biz necə dolanaq? Texnologiya Universitetində saxta təmirlər və şişirdilmiş büdcə xərcləri olmadığı üçün maaş bizdən çox yüksəkdir. Dəfələrlə sosial şəbəkələrdə və saytlarda bu haqda yazılıb. Lakin rektor Maliyyə Nazirliyində işləyən qardaşı Cahangir Yusibova arxalanaraq bildiyini edir. Siz Təhsil Nazirisiz, biz cənab Prezidentə də yazmışıq, niyə gözləmə mövqeyi tutursuz, ay Emin müəllim???
Bəs bu müəllimlər kimə dərdlərini desinlər nə vaxt baxacaqsız bu kasıb müəllimlərin şıkayətinə??? Artıq müəllimlər dilənmək zorundadır. Az miqdarda verilən məzuniyyət pulunu da heç yana getmiyə-getmiyə Gəncədə xərcləyib qurtarmışıq. Bəs, bizim istirahət hüququmuz yoxmudur, biz də dənizə, və ya başqa istirahət mərkəzlərinə gedək. Necə olur ki, bizim hazırladığımız elmi dərəcəsi olmayan orta məktəb müəllimləri bizdən alimlərdən çox maaş alır? Heçmi Allahınız yoxdur, niyə bir nazir kimi bu qoca,özündən razı, heç bir müəllimi qəbul etməyən, ümumiyyətlə qəbul günü olmayan bu rektorun qulağından tutub çölə tullamırsız?? Heçmi bir nazir kimi Gəncə Dövlət Universitetinin müəllimlərinin halına vicdanınız sızlamır???
Sosial şəbəkələrdə də hər gün yazırlar, lakin universitetdən müəyyən adamlar pul verib onu sildirirlər. Belə materialdan biri də yenicə qarşıma çıxdı. Nə yaxşı onu sildirməyiblər, maraqlıdır. Şikayət məktubunu da bu videonun təsiri altında yazdıq.
https://vt.tiktok.com/ZSLVHn19e/
Hörmətlə, S.Əlixanlı
Gəncə Dövlət Universitetinin baş müəllimi