azia.az
azia.az

“Mənə fiziki zor tətbiq etdilər, ölümlə hədələdilər” - DƏHŞƏTLİ OLAY(VİDEO)

8-08-2023, 08:40

İntim görüntüləri yayılan Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov videomüraciət ünvanlayıb.

KONKRET.az-ın məlumatına görə, o deyib ki, həmin görüntülərin tirajlanması və bir qrup kənd sakininin onun istefasını tələb etməsi bir neçə nəfər tərəfindən təşkil olunub. 

Orxan Rəhimov deyib ki, həmin adamlar bundan əvvəl də ona müxtəlif iftiralar atıblar. Onun sözlərinə görə, sözügedən video yayıldıqdan sonra xaricdə yaşayan kənd sakinləri ona zəng edərək ölümlə hədələyiblər:

“Məni hədələyib istefa verməyimi istəyiblər. Bu proseslər zamanı məktəbə hücum çəkənlər arasında mənə fiziki zor tətbiq edən də oldu. Mən bu məsələləri çox açıb-ağartmaq istəmədim və ərizə yazaraq işdən uzaqlaşdım”.

Qeyd edək ki, direktor Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb.

Bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edib. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib.

Bildirib ki, işdən çıxarılması üçün artıq ərizə yazıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi