azia.az
azia.az

Xırdalanda 9 saylı məktəbin müəlliminə qızıl bilərzik...-VİDEO

12-06-2023, 09:02

Xırdalan şəhərində yerləşən daha bir məktəbdə müəllim nüfuzuna xələl gətirən hərəkətlərə yol verilib.

Azia.az  Konkret.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yer alıb.

Görüntülərdən aydın olur ki, 9 saylı tam orta məktəbin ibtidai sinif müəlliminə "Əlifba" bayramında qızıl bilərzik hədiyyə edilib.

Videoda valideynlərdən birinin bu törəni ibtidailərin iştirakı ilə təntənəli şəkildə icra etdiyi öz əksini tapıb.

Hadisə izləyicilər tərəfindən kəskin tənqid olunub.

Qeyd edək ki, ötən gün Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə də analoji hal baş verib. Y.Ağabalayeva adlı müəllim haqqında belə davranışına görə müvafiq orqanlar tərəfindən araşdırma başlayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi