Polimer Materialları İnstitutunda magistrantların dissertasiya işlərinin ilkin müdafiəsi keçirilib
25 may 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası üzrə təhsil alan magistrantların dissertasiya işlərinin ilkin müdafiəsikeçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov iclasıgiriş sözü ilə açaraq iştirakçıları gündəlikdə olan məsələ ilə tanış edib.
İclasda 2022-2023-cü tədris ilində elmi-tədqiqat və elmi pedoqoji təcrübələrini uğurla başa vuran II kurs magistrantların – Aydan Ələmdarlı, Günay Mansurova və Elman Məmmədovun magistr dissertasiyaları müzakirə olunub. Magistrantlar dissertasiya işləri haqqında təqdimatla çıxış edərək mövzuların aktuallığı, aparılan tədqiqatlar və əldə edilən nəticələr haqqında ətraflı məlumat veriblər. Təqdimatlardan sonra müzakirələr aparılıb. Gənc tədqiqatçılar verilən sualları cavablandırıblar. Sonra rəyçilər – kimya üzrə fəlsəfə doktoru, dosentƏbdül Аlıyev, kimya üzrə fəlsəfə doktoru Aygün Əlixanova və kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanovanınrəyləri dinlənilib. Magistrantların elmi rəhbərləri– kimya üzrə fəlsəfə doktoru, dosent Səidə Məmmədli, kimya üzrə fəlsəfə doktoru, dosent Rəna Əhmədova və kimya üzrə fəlsəfə doktoru, dosent Elnarə Aslanova çıxış edərək onların elmi-tədqiqat işlərini uğurla tamamladıqlarını, müstəqil olaraq mövzuları ilə bağlı ədəbiyyat araşdırması apardıqlarını və gördükləri işlərin müasir elmin tələblərinə cavab verdiyini bildiriblər. Sonra ilkin müdafiənin keçirilməsi məqsədi iləyaradılan komissiya üzvlərinin fikirləri dinlənilib.
İclasın sonunda institutun rəhbəriBəxtiyar Məmmədov elmi-tədqiqat laboratoriyalarında əldə etdikləri bilik və təcrübənin gənc tədqiqatçıların gələcək fəaliyyətlərinin daha səmərəli təşkilində mühüm rol oynayacağına əminliyini bildirib, onlara müvafiq tövsiyələr verib. Sonda hər üç magistrantın dissertasiya işlərinin əsas müdafiəyə təqdim olunması haqqında qərar qəbul edilib.