azia.az
azia.az

Ən gəlirli ixtisaslar bunlardır - SİYAHI

29-01-2023, 10:06

Rusiyanın ən gəlirli ixtisasları və regionlarının adları məlum olub.

"Kommersant.az" xəbər verir ki, "NAFİ" analitik mərkəzinin hesabatına əsasən, 2018-ci ilin 1-ci kvartalının nəticələrinə görə Rusiyada ən çox pulu maliyyə sahəsindən qazanmaq mümkündür. Belə ki, maliyyəçilərin orta aylıq qazancı 2278 manat təşkil edir. Rusiyada orta aylıq əmək haqqı isə 1101 manatdır.

Reytinqin ən qazanclı digər ixtisasları isə mədənçilik (2252 manat) və informasiya və kommunikasiya texnologiyaları (1834 manat) sahələridir.

Ən az qazananlar isə hotel və iaşə sahəsində çalışanlardır (təqribən 700 manat). Digər yerdə isə meşə təsərrüfatı, ovçuluq, balıqçılıq (731 manat), drenaj, tullantıların yığılması ilə məşğul olanların maaşları gəlir (790 manat).

Ekspertlər eyni zamanda Rusiyanın ən az və ən çox əmək haqları verilən regionlarının da adlarını açıqlayıb. Siyahıya Mərkəzi (1383 manat), Uzaq Şərq rayonu (1366 manat) və Şimal-Qərb rayonu (1260 manat) liderlik edir. Ən az orta aylıq maaş isə Şimali Qafqaz bölgəsində verilir (679 manat).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi