azia.az
azia.az

161 saylı məktəbin direktoru ŞƏHİDLƏRİN xatirəsi anılan zaman ayağa durmadı, cəzalandırıldı

21-10-2022, 10:00


Bildirlir ki, Bakıda 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan direktor cəzalandılırıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılmış videogörüntülərlə bağlı İdarə tərəfindən müvafiq araşdırma aparılıb.

Araşdırma nəticəsində əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə 161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən, intizam tənbehi kimi töhmət verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi