azia.az
azia.az

Imzalanmış sazişin 3 il müddətinə uzadılmasına dair sənəd imzalanıb

15-10-2022, 21:32

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəblə İtaliyanın “Maire Tecnimont Group” şirkəti arasında 2016-cı ilin oktyabr ayında imzalanmış sazişin 3 il müddətinə uzadılmasına dair sənəd imzalanıb. 


Sənədi BANM-in rektoru Elmar Qasımov və “Maire Tecnimont” şirkətinin baş icraçı direktoru və baş əməliyyat direktoru Alessandro Bernini imzalayıblar.


İmzalanma mərasimi “Maire Tecnimont” şirkətinin dəstəyi ilə BANM-də yaradılan Polimer Tədqiqat Laboratoriyasının istifadəyə verilməsi tədbirindən sonra baş tutub.

Sazişdə BANM-in tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakının təmin olunması, istedadlı tələbələrinə təqaüdlərin verilməsi, BANM-in məzunları üçün karyera imkanlarının yaradılması və digər maddələr əksini tapıb.
İmzalanma mərasimində çıxış edən rektor Elmar Qasımov bildirib ki, altı il əvvəl imzalanmış sazişin müddətinin üç il uzadılması əməkdaşlığın davam etdirilməsinə hüquqi əsas verəcək. O, bu əməkdaşlığın SOCAR - “Maire Tecnimont” əməkdaşlığı çərçivəsində həyata keçirildiyini xatırladıb və əlavə edib ki, qısa müddətdə səmərəli işlər icra olunub: “Bu əməkdaşlıq sayəsində hər il BANM-in 4 tələbəsi “Maire Tecnimont” şirkətində təcrübə keçir, 4 məzun işə qəbul olunur. Hazırda Ali Məktəbimizin 14 tələbəsi bu şirkətdə çalışır.  “Maire Tecnimont” şirkətinin Bakı Ali Neft Məktəbinə hədiyyəsi olan Polimer Tədqiqat Laboratoriyası çox dəyərli töhfədir və bunu çox yüksək qiymətləndiririk. Bizim əməkdaşlığımızın digər komponenti “Maire Tecnimont” şirkətinin rəhbər şəxslərinin tələbələrimiz üçün master-klaslar təşkil etməsidir. Biz əməkdaşlığın bütün istiqamətlərindən çox məmnunuq və bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq”.


“Maire Tecnimont” şirkətinin baş icraçı direktoru və baş əməliyyat direktoru Alessandro Bernini bildirib ki, ötən müddət ərzində BANM-lə əməkdaşlıq istiqamətində çox ciddi addımlar atılıb və bu əməkdaşlıq möhkəmlənib.  Şirkətin rəhbəri müqavilə müddətinin uzadılmasını stimul olaraq gördüklərini və İnkişaf proqramının 6-ci mərhələsinə başlanılacağını əlavə edib: “Bakı Ali Neft Məktəbi Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisəsidir. Burada təhsil almış məzunlar yüksək peşəkarlığa malik kadrlardır. Məzunların bu cür yüksək səviyyədə yetişməsi rəhbərliyin, professor-müəllim heyətinin və burada yaradılan infrastruktur sayəsində mümkün olub”.

Tədbirdə həmçinin “Maire Tecnimont”un  İnkişaf Proqramının 5-ci buraxılışında iştirak edən və hazırda şirkətdə işlə təmin olunan BANM-in 4 məzununa sertifikatlar təqdim olunub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi