azia.az
azia.az

Daha bir müəllimin səs yazısı yayıldı: "Kim mənə necə hörmət edibsə, uşaqlarına da..." - VİDEO

11-10-2022, 22:11


Son dövrlərdə müəllimlərin şagirdlərdən pul tələb etdiyi ilə bağlı səsyazıları yayılmaqdadır.

Azia.az lent.az-a istinadən xəbər verir ki, daha bir səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.

Paylaşımda qeyd edilən məlumata görə, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir.

Səs yazısından belə məlum olur ki, bu günlərdə qeyd edilən müəllimlər günündə onu təbrik etməyən şagirdlərə və valideynlərə üsyan edir: "Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz".

"Təcili bu şəxs haqqında tədbir görülməlidir. Ümumiyyətlə, təhsildən belə naqislər uzaqlaşdırılmalıdır." - deyə təhsil eksperti paylaşımında qeyd edib.


Səs yazısını təqdim edirik:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi