azia.az
azia.az

Gündüz Əbdülovun izi ilə: Qarabağın Təhsil şefi icra başçısının xanımını necə direktor təyin etdi? - VİDEO

7-10-2022, 21:28

Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri Gündüz Əbdilovun fəaliyyəti ilə bağlı iddialar səslənməkdədir. 

Bildirilir ki, işinin öhdəsindən gələ bilməyən təhsil şefi varis planı qurmaqdadır. Verilən xəbərə görə, G. Əbdilov öz yerinə Dəyanət Fərzəliyevi hazırlayır. Fərzəliyevi özü ilə gətirmiş idarə rəisi indi taxt-tacını ona ötürməyi planlaşdırır.


Məlumatda deyilir ki, Gündüz Əbdilov Qarabağ Regional Təhsil İdarəsinin müdiri təyin olunandan sonra özünü doğrultmadı. Belə ki, təcrübəli kadrlara deyil, öz tanışlarına üstünlük verməyə başladı. Əsasən də tələbə yoldaşlarını başına toplayaraq qurumu idarə etmək həvəsinə düşdü. Onların arasında təqaüdə çıxmış hərbçilər belə var, amma Əbdilov faktiki qaziləri kənarda qoyub.

Gündüz Əbdülovun izi ilə: Qarabağın Təhsil şefi icra başçısının xanımını necə direktor təyin etdi? - VİDEO

Gündüz Əbdilov

İddialara görə, özünün təhsil idarəçiliyində təcrübəsi olmadığı üçün ətrafına dostları yığaraq iş “görməyə” çalışır. Misal üçün, Ağdam şəhərində rüşvətlə direktorlar təyin edir,


Qarabağda kadr təyinatlarını düzgün aparmır, Dəyanət Fərzəliyevi də peşə məktəbindən inzibati idarə şöbəyə müdir gətirdikdən sonra hər şey bərbad şəklini alıb.


Bundan başqa, pensiyada olan tələbə yoldaşlarını işə götürən idarə rəisi gənc qaziləri hərbi hazırlıq müəllimi kimi də işə götürmür.


Məlumata görə, Ağdamda 68 nömrəli tam orta məktəbdə əməkdar müəllimi direktorluqdan çıxarıb yerinə icra başçısının həyat yoldaşını təyin edib. İddialara görə, onun diplomu saxtadır. Amma araşdırılmasına ehtiyac var.

Dəyanət Fərzəliyev

Eyni zamanda, Təhsil Nazirliyinin 28 iyul 467 nömrəli əmrində qeyd olunub ki, müəllimlərin çalışma həddi 65 yaş olubsa, diaqnostik qiymətləndirmədən 70 % yığan müəllimlərlə müqavilə bağlanmalıdır .


Ancaq Gündüz Əbdilov az bal toplayan dostlarının müqaviləsini uzadır, başqalarına çatanda haqsızlıq edir. Bəli, Qarabağ azaddır, indi təhsil idarəsi də fəaliyyət göstərir, amma məmurların əməllərindən azad deyil. Bax, bunu dəyişmək zamanıdır. Təhsil Nazirliyinin bu məsələlərə diqqət ayıracağını gözləyirik.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi