Dərsdə salat hazırlayan şagirdlər zəhərləndilər - Məktəbdən AÇIQLAMA
Gəncə şəhərində 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib.
Redaktor.az xəbər verir ki, məktəbdən report-a verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.
"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib.
Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.