Şagirdin döyüldüyü məktəbin rəhbəri işdən ÇIXARILDI
Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev 112 saylı məktəbin direktor əvəzini işdən azad edib.
Xəbər verilir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Qeyd edək ki, 112 saylı orta məktəbin sinif otağında şagirdin sinif yoldaşını döyməsi ilə bağlı videogörüntülər yayılmışdı.