Təhsil nazirliyində nə baş verir ?- Regional təhsil idarələrində direktor ’’seçki’’ləri necə keçirilir ?
Təhsil Naziri Emin Əmrullayev regionlara nəzarət edirmi ?
Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimovun ’’idarəetməsi’’...
Ölkəmizdə çətin vəziyyətdə olan sahələrdən biri də təhsil sahəsidir.Ümid olunurdu ki,Emin Əmrullayev kimi gənc kadr vəzifəyə təyin olunandan sonra təhsil sahəsində müsbətə doğru dəyişikliklər edib,irəliləyişlər edəcək.Amma daha sonrakı vəziyyət heç də ürəkaçan olmadı.Bir müddət sonra hamıya aydın oldu ki,müsbətə doğru heç bir addım atılmadı.Günümüzün ən çox izləyici platforması olan şəbəkələrdə hər gün bu mövzu geniş müzakirə mövzusuna çevrilir.Demək olar ki,hər gün saytlar Təhsil Nazirliyini,Bakı Şəhər Təhsil İdarəsini,Regional Təhsil İdarələrini çox kəskin şəkildə tənqid edir,ortaya ciddi faktlar qoyurlar.Bu kimi faktlar da,təhsil sisteminin tənəzzülünü təzahür edir.Təhsil ekspertləri də bu faktları sosial şəbəkələrdə olan öz səhifələrində təsdiq edib,şərh edirlər.Təhsil sisteminin tənəzzüldən xilas edib inkişaf etdirməyin yollarını içtimaiyyətə bilavasitə çatdırıllar.Amma ki,nə fayda...
Təhsil Naziri Emin Əmrullayev əslində siftəni yaxşı etmişdi.Məmur maaşı ilə alına biləcək evdə reportaj verən sadəlövh nazir görəsən yeni evə köç edibmi ? Görəsən qısa müddətdə xeyli dəyişən nazir Emin Əmrullayev hər gün reportaj verdiyi emindəmi qalır ?
Onu da xatırladaq ki,Emin Əmrullayevin dosyesinə nəzər salanda 2005-2009-cu illərdə nurçulara görə bağlanan Qafqaz universitetində müəllim,2009-2010-cu illərdə ’’Kaspi Education’’ MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.2013-cü ildə ’’Kaspi Education’’ MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor vəzifəsində çalışıb. 2014-cü ildən Təhsil Nazirliyinə transfer olan Emin Əmrullayev bir sıra məsul vəzifələrdə işləyib.
Ümid edirik ki,gənc kadr olan Emin Əmrullayev təhsilimizi düşdüyü vəziyyətdən xilas etmək üçün bəzi addımlar atacaqdır və bu yolda gənc nazir Emin Əmrullayevə uğurlar arzu edirik.
Çətin vəziyyətdə olan yerlər daha çox bölgələrdədir.Regional təhsil idarələri yaransada onlara nəzarət demək olar ki,yoxdur.El diliylə desək,kimin əli kimin cibindədir bilmək olmur.Direktor və müavinlərinin seçilməsi xüsusi maraqlar qarşılığında olması təhsilimiz üçün çox acınacaqlıdır.Regional təhsil idarələrinin rəhbər şəxsləri nazir tərəfindən etimad göstərilən şəxslərdir.Onların işlərinin məsuliyyətlə idarə etməmələri,yaranan boşluqlar və olunan şikayətlər etimadı doğrultmadıqlarını sübut edir.Ümid edirik ki,yerlərdə nəzarət artar və regional təhsil idarələrinə xüsusi nəzarət olunar.
Sosial şəbəkələrdə olan şikayətlərə görə məşhur regional təhsil idarəsi Mərkəzi Aran Regional Təhsil İdarəsidir.İdarənin rəhbəri 05.05.2022-ci ildə təyin olunan Elçin Kərimovdur.Onu da nəzərinizə çatdırım ki,E.Kazımov təhsil naziri Emin Əmrullayevin nazirlikdə işləyən zamanlarda iş yoldaşı olub və uzun illərdir dostluqları var. Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb.Maraqlısı odur ki,Regional Təhsil İdarəsi yaransa da həmin rayonların keçmiş təhsil şöbəsinin müdirləri işlərini davam etdirir.Xüsusi razılaşma əsasında işlər idarə olunur.Burada çox ciddi sual yaranır:
Ləğv olunmuş idarənin rəisi necə həmin idarəni idarə edə bilər.Bu birbaşa qanuna ziddir və qanundan kənara çıxaraq göstərişlərə əməl etməməkdir.
Direktor və müavinlərinin maaşlarının qaldırılması çox hümanist addım idi.Bu addım təhsilimizdə uğurların atılmasına səbəb olacaq.Amma ki,bəzi işbazlar bundan istifadə edib,qanunsuzluqlar edirlər.
Direktor və müavinlərinin maaşlarının qalxdığına görə işbazlar qanunsuz yollara əl atırlar.Kimlərinsə Daxili imkanları hesabına direktor və müavinlər təyin etdirməsi regionlarda ciddi müzakirə mövzusudur.Bu kimi hallar Kürdəmir və Mingəçevirdə ciddi hal olaraq qalmaqdadır.Kürdəmir rayonunun təhsil şöbəsinin müdiri Rafael Məmmədovdan sosial şəbəkələrdə şikayətlərə rast gəlmək olar.Rafael Məmmədovun Mərkəzi Aran RTİ-nin rəhbəri Elçin Kərimovla yaxın münasibətdə olduğu da deyilir.Deyilənlərə görə,Rafael Məmmədov tez-tez Elçin Kərimova qiymətli hədiyyələr verir,təmtəraqlı qonaqlıqlar təşkil edir.Bu kimi hallar onların birlikdə işlər gördüklərini düşünməyə zəmin yaradır.Təyinatlara birbaşa Elçin Kərimov nəzarət edir.Elçin Kərimovun otağına gedən yol onun köməkçisi Cavad müəllimdən keçir.Bəzi işləri görmək üçün Cavad müəllimi razı salmaq kifayətdir.Müsabiqələrin şəffaf keçirilməsində xeyli sayda şübhələr var.Ümid edirik ki,yerlərdə əməliyyatlar keçiriləcək.Qanunsuzluq edən məmurlar həbs olunacaqlar.
İşbazlardan soruşmaq lazımdır ki,2021 ci ildə keçirilən müsabiqələrin nəticələri nə yerdə qaldı ?
Müsabiqədən yüksək nəticə toplayan müəllimlər öz haqqları olan vəzifəyə təyin olmadılar.Səbəb olaraq bir sıra bəhanələr göstərildi.2022 ci ildə Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimovun rəhbərliyi ilə şəffaqlığına inanılmayan müsabiqənin keçirilməsi,qapalı olan direktor təyinatları sakinlərdə xeyli şübhə doğurub.Əgər belə olacaqdısa,bildiklərini edəcəkdilərsə 2021 ci ildə keçirilən müsabiqə nəyə lazım idi?
Bu rəsmən insanları ələ salmaqdır.Qurumun rəhbər şəxsləri etdiklərinə göre məsuliyyət daşımalıdırlar.
Kimlər direktor təyin olundu ? Yüksək nəticə göstərən müəllimlər niyə kənarda qalmalıdır ? Onlarını haqqını yemək nə dərəcədə düzgündür ?
Kənd və şəhər məktəblərinə verilən direktor təyinatları sakinlər tərəfindən heç də birmənalı qarşılanmayıb.Etiraz edən müsabiqə iştirakçılarına yola vermək səbəbi ilə şablon cavab verib yola salırlar.Regional təhsil şöbələri fəaliyyətini davam etdirəcəkdisə yeni yaradılan Mərkəzi Aran Regional Təhsil İdarəsi nəyə lazım idi ? Görünən odur ki,regionlarda vəziyyət dəyişməyib,əvvəl necə idisə indi də elə davam edir.Necə deyərlər Köhnə hamam köhnə tasdır…
Doğrudur tasın vəziyyətindən hələ agah deyilik,amma ki araşdırmamız davam edir. gundelik baki.com