Direktor ad gününə pul yığır? - “Qızım, 100 manat azdır da…” + Audi
Mehdi Hüseynzadə adına Abşeron rayonu Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktorunun ad günü üçün rüşvət yığıldığı iddia olunub.
Azia.az xəbər verir ki, bu barədə “Portağal Media” məlumat yayıb.
Bildirilib ki, məktəbin direktoru Taliyə Mirzəyeva ad gününə görə şagirdlərdən rüşvət toplayıb.
Məlumatda səs yazısı da yayılıb. Səs yazısında danışan şəxsin kim olduğu bilinməsə də, Taliyə müəllimə adlı şəxsin adı hallanıb:
“Türkanə, qızım, Taliyə müəllimənin ad gününə görə nə qədər pul yığılıb? Bu həftənin sonuna qədərdir, birinci gün mən verməliyəm, başqa cür alınmır. Türkanə, bilirəm, qızım, 100 manat azdır da, ona görə deyirəm. Başa düşdün? Yəni 100 manat versək, birdən xoşuna gəlməz. Ona görə deyirdim ki, heç olmasa bir təhər düz-qoş edərdik, 150 manat olardı, üzümüz ağ olardı, narahatlıq olmazdı. Düzdür, bir problem yaşanmaz, amma yenə də bizim öz müqəddəratımız üçün...”
Məsələ ilə bağlı, Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət ünvanladıq. Bu barədə məlumat veriləcəyi bildirildi.
Video bu linkdədir: https://www.youtube.com/watch?v=3_4yjZzuNwI