azia.az
azia.az

Bakıda hansı rayon məktəblərinin imtahanlarda zəif nəticə göstərdiyi açıqlanıb - SİYAHI

7-09-2022, 12:42

Bakıda hansı rayon məktəblərinin imtahanlarda zəif nəticə göstərdiyi açıqlanıb - SİYAHI
Bakıda hansı rayonların buraxılış imtahanlarında zəif nəticə göstərdiyi açıqlanıb.

“Report”un xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub: "4 rayonda məktəblərin nəticələri aşağı olub. Buraya Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi