azia.az
azia.az

Qəbulda ən əlçatan qruplar — “80 balla tələbə olanlar var”

2-09-2022, 09:27


"Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə keçirilən qəbul imtahanları əvvəlki illərdən öz məzmununa görə fərqlənirdi. Tələbələr ilk dəfə belə geniş imtahan prosesinə cəlb edilmişdilər. Dövlət İmtahan Mərkəzi imtahanları tam mükkəməl həyata keçirdi".
Qəbulda ən əlçatan qruplar — “80 balla tələbə olanlar var”
Azia.az xəbər verir ki, bu sözləri qəbul imtahanlarının ümumi nəticələri barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib.
Ekpert bildirib ki, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə nəticələrinin təhlilinə əsasən, ciddi bal artımı birinci ixtisas qrupu üzrədir:

“Birinci ixtisas qrupunda əvvəlki illərlə müqayisədə informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarının dövlət sifarişi və tədrisi ingilis dilində olan formaları üzrə kəskin şəkildə bal artımı qeydə alınıb. Amma bu qrup üzrə 201, 204 bal toplayan abituriyentlər də universitetə qəbul olunub. İkinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul kifayət qədər əlçatan olub. Bununla belə, keçən ilə nisbətən bəzi universitetlərdə qəbul balı artıb. Ötən il marketinq, biznesin idarə edilməsi ixtisaslarına 150 balla qəbul mümkün olmuşdusa, bu il həmin ixtisasların 180 bala kimi artdığını gördük. Eyni zamanda ikinci ixtisas qrupundan regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasısının çıxarılması öz təsirini göstərdi, ballar müəyyən qədər artdı”.



K.Əsədov deyib ki, üçüncü ixtisas qrupu üzrə ballar kəskin şəkildə aşağı düşüb:

“Ən çox tələbat olan hüquqşünaslıq fakültəsinin balı gözlənilməyən qədər aşağı düşdü. Ötən il 400-450 balla hər hansı ixtisasın dövlət sifarişli ixtisasına düşmək mümkün deyildisə, indi 318- 350 balla qəbul mümkün oldu. Üçüncü ixtisas qrupu üzrə balların enməsinə görə birinci sıradadır. Keçən il 200 balla üçüncü ixtisas qrupuna qəbul mümkün olmuşdusa, bu il 186 balla qəbul mümkün olub. Dördüncü ixtisas qrupu üzrə balların artmasını müşahidə etdik. 606-608 balla ödənişli ixtisaslara qəbul olunan abituriyentlər oldu. Beşinci ixtisas qrupu üzrə də ciddi bal artımı müşahidə edilmədi. Məşqçilik ixtisası üzrə qəbul 6 bal atıb. Qəbul ilini qənaətbəxş hesab etmək olar. Ölkədə 90-80 balla abituriyentlər universitetlərə qəbul oldular”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi