azia.az
azia.az

Bakıda ucuz məktəbli yarmarkaları açıldı - QİYMƏTLƏR - VİDEO

22-08-2022, 09:06


Yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Valideynlər üçün əsas məsələlərdən biri övladlarına məktəbli ləvazimatları almaqdır. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə uyğun olaraq paytaxtda bəzi metrostansiyaların yaxınlığında məktəbli yarmarkaları qurulur.
Bakıda ucuz məktəbli yarmarkaları açıldı - QİYMƏTLƏR - VİDEO
Bildirilir ki, Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.

Yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb. Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir. Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi