azia.az
azia.az

Naxçıvanda müəllimlər ÇİLƏ ÇƏKİR... - Dərs yoxdur, amma dərsə gəlməlisən...

15-08-2022, 08:38

Naxçıvanda müəllimlər ÇİLƏ ÇƏKİR... - Dərs yoxdur, amma dərsə gəlməlisən...
Yay tətili olmasına baxmayaraq, Naxçıvanda müəllimlər hər gün işə çıxmağa məcbur edilir. Onlar günün yarıdan çoxunu məktəbdə olmalıdırlar. Rayon təhsil şöbələrəndindən isə, müəllimlərin işə çıxıb-çıxmaması ilə bağlı mütəmadi yoxlamalar aparılır. Azia.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a müəllimlər özləri məlumat verib. Şərur rayon orta məktəblərinin birində müəllim işləyən L. Qənbərova deyir ki, yoxlama zamanı məktəbdə olmayan müəllimlərin maaşından kəsilir:
" Yay tətili şagirdlərlə yanaşı, həm də müəllimlər üçündür. Bu tətil ona görə nəzərdə tutulub ki, müəllimlər istirahət edib, yeni dərs ilinə yeni enerji ilə başlasın. Bundan əlavə, biz də insanıq, bizim də məzuniyyətə çıxıb istirahət etmək hüququmuz var. Bu hüququ əlimizdən alıblar. Bu səbəbdən istirahət üçün heç bir yerə gedə bilmirik. Hər gün tələb edirlər ki, saat 15:00-ə kimi məktəbdə oturmalısız. Boş-boşuna niyə otyrmalıyıq orda, nə mənası var Getməyənin maaşını kəsirlər. Bu səbəbdən məcburuq ki, günün yarıdan çoxunu məktəbdə keçirək.”
Şahbuz rayonundan olan digər müəllim X. Bağırov deyir ki, maaşı az olduğundan, hər tətildə Türkiyədə işləməyə gedirmiş. Yeni qayda tətbiq olunandan sonra, bu imkanı da əldən çıxıb:
" Bizə dilənçi maaşı verirlər, üstəlik tətildə də əl çəkmirlər. Onsuz da dərs dövründə aparıb, məcburi iməciliklərdə işlədirlər. İndi tətili də çox görürlər. Müəllim maaşı ilə dolanmaq olmur. Buna görə də hər tətil gedib Türkiyədə fəhləlik edib, 5-10 manat əlavə qazanıb, ilboyu yığılmış borclarımı qaytarırdım. İndi o da mümkün deyil. Yay tətili başlamamışdan dedilər ki, tətil zad yoxdur, hər gün məktəbə gəlmılisiz. Şikayət edəcək yerimiz də yoxdur. Çünki, bu qanunsuz qərar Ali Məclisdən verilib".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən müəllimlərin işə çıxdığını təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi