azia.az
azia.az

Sabahdan tətil başlayır

26-01-2017, 10:52

Sabahdan tətil başlayırAzərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 5 günlük olacaq qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi