Bağça müəllimlərin diqqətinə - yeni qərar qəbul edildi - VİDEO
İki tədqiqat universiteti yaradılacaq, bağça müəllimləri də sertifikasiyaya cəlb olunacaq. Bunlar Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası''nın Tədbirlər Planı''nda əksini tapıb.
Belə ki, qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi nəzərdə tutulur. 2023-2025-ci illərdə 17 000 nəfər heyətin sertifikatlaşmaya cəlb olunması planlaşdırılır.
Təhsil eksperti Elşən Qafarov deyir ki, bu məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşmasına xidmət edəcək.
İnkişaf Strategiyasında bundan başqa tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universiteti yaradılacaq. 2023-2025-ci illərdə ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artması, dövrün sonuna qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 elmi-tədqiqat universitetinin fəaliyyət göstərməsi təmin ediləcək.
Həmçinin müasir təminatlı 8 peşə təhsili mərkəzinin yaradılması nəzərdə tutulub. Bu peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisinin artması təmin ediləcək.
Qeyd edək ki,ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların tətbiqi də strategiyada nəzərdə tutulur.