Tələbəmiz eyni anda dünyanın 5 nüfuzlu universitetinə qəbul oldu
Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının məzunu Məhərrəm Cəbrayılov təhsilini ABŞ-ın Luiziyana Dövlət Universitetində davam etdirəcək.
Xəbər verilir ki, bu barədə "Azərbaycan Universitetləri” feysbuk səhifəsi məlumat yayıb. Bildirilib ki, M.Cəbrayılov bu universitet ilə yanaşı, ABŞ-ın İllinoys Universitetinin eyni ixtisas üzrə doktorantura pilləsində tam təqaüdlə, İtaliyanın Milan Politexnik Universiteti, Almaniyanın Hamburq Texnologiya Universiteti və Kanadanın Alberta Universitetinin magistr pilləsinə (Kimya mühəndisliyi - təqaüdsüz) qəbul alıb. Məhərrəmin alacağı təqaüd məbləği illik 28.000 ABŞ dolları təşkil edir.
O, hazırda Universitetdə professor James Dormanın rəhbərlik etdiyi nano-materiallar və katalizatorlar laboratoriyasında tədqiqatçı tələbə kimi fəaliyyət göstərir