Azərbaycan Texniki Universitetinin əməkdaşı koronavirusdan öldü
Azərbaycan Texniki Universitetinin əməkdaşı koronavirusdan öldü.
Azərbaycan Texniki Universitetinin əməkdaşı Rəna Kərimova 58 yaşında koronavirusdan vəfat edib.
Azia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd edək ki, Rəna Kərimova Avtomatika və idarəetmə kafedrasının əməkdaşıdır. O, 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.