azia.az
azia.az

Anar Qədimalıyev təkcə direktorla yox, müavini ilə də ÇƏKİŞİRMİŞ... - Beləsini niyə vəzifədə saxlayırlar?

5-07-2022, 10:55

Anar Qədimalıyev təkcə direktorla yox, müavini ilə də ÇƏKİŞİRMİŞ... - Beləsini niyə vəzifədə saxlayırlar?
Bir neçə gün əvvəl Gəncədə İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsilə bağlı məlumat yayılmışdı. Məktəb direktorunun intihara cəhd etməsi faktı cəmiyyətdə geniş rezonansa, müzakirələrə səbəb olmuşdu.

Məlum oldu ki, intihara cəhd edən M.Qarayeva bir il əvvəl Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət alıb. Fəaliyyətində yol verdiyi nöqsanlara görə, Gəncə Şəhər Təhsil İdarəsi ona xəbərdarlıq edib. Lakin direktor bunlardan dərs çıxarmayıb, məktəbin ingilis dili müəllimini ölkədə olmadığı halda işdə saxlayıb, adı məktəbdə getsə də, əvəzində onun əməkhaqqını mənimsəyib.

İntihara cəhd hadisəsindən sonra mətbuata açıqlama verən məktəb direktoru bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq istəməsidir. Direktor həmçinin buna görə məktəbdə monitorinq təşkil edildiyini, şantaj olunduğunu qeyd edib. Onun sözlərinə görə, artıq yerinə namizəd də tapılıb. O, bütün bunlara dözə bilmədiyinə görə intihara əl atdığını açıqlayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi isə həmin vaxt yaydığı açıqlamada İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığını qeyd edib.

Həmçinin bildirilib ki, həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Həsənovanın da öz vəzifə öhdəliklərini lazımınca və qanuna uyğun həyata keçirmədiyi də müəyyənləşib

“Belə ki, T.Həsənovanın əmək funksiyasına uyğun olaraq tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətinin istiqamətləndirilməsi, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilinin həyata keçirilməsi, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələlərinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək olsa da, bu tələblər kobud şəkildə pozulub. Dərs prosesində iştirak etməyən müəllimin müyyənləşdirilmiş siniflərdə jurnallarının yazılması məsələsində müvafiq təlimatın tələbləri yerinə yetirilməyib.

T.Həsənovanın məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi məsələsindən birbaşa xəbərdar olub". DİA.AZ xəbər verir ki, “Qafqazinfo” ilə əlaqə saxlayan Tahirə Həsənova isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin onun haqqında dediklərinin həqiqəti əks etdirmədiyini bildirib: “Haqqımda yazılan məlumatlar yalandır. 46 ildir təhsil sahəsində işləyirəm, heç bir nöqsanım olmayıb və işimin öhdəsindən də çox yaxşı gəlirəm”.

Tahirə Həsənova qeyd edib ki, adı hallanan müəllimə (ingilis dili –red.) heç Azərbaycan bölməsinin müəllimi deyil: “Mən Azərbaycan bölməsində dərs hissə müdirəsiyəm, həmin müəllimə isə rus sektorunun müəlliməsidir. Mən haqqımda deyilənləri qəbul etmirəm. Məlum hadisədə mənim heç bir rolum yoxdur. Rus bölməsinin öz təlim-tərbiyə işləri üzrə direktor müavini var”.

Tahirə Həsənova eyni zamanda vurğulayıb ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev onunla prinsip apardığı üçün bu işdə adını çəkdirib: “Anar Qədiməliyev mənim həyat yoldaşım, əməkdar müəllim İlham Həsənovu qərəzli şəkildə işdən kənarlaşdırıb. Yoldaşım 8 kitabın müəllifidir və yazıçılar birliyinin üzvüdür. Anar Qədiməliyev yoldaşımı yaş həddi səbəbindən, qərəzli şəkildə işindən uzaqlaşdırıb. Yoldaşım haqqını tələb etdiyi üçün Anar Qədiməliyev məndən heyf çıxaraq bu məsələdə adımı hallandırır.

Yenə qeyd edirəm, adıçəkilən müəllimə mənim sektorumdan deyil. O, rus sektorunun müəllimidir. Özü də o işləri direktor ilin əvvəlində onu başqa təlim-tərbiyə işləri üzrə direktor müavinə, müəlliməyə həvalə edib”.

Direktorun müavini eyni zamanda qeyd edib ki, adı çəkilməyən ingilis dili müəllimi qeyd edilən tarixdə analıq məzuniyyətində olub: “Analıq məzuniyyətində olan müəllimə dərs yazmaq mümkün deyil. Bu qanunauyğun deyil, yəni yaydıqları məlumatlar tamamilə səhvdir”.

Tahirə Həsənova, həmçinin qeyd edib ki, məsələ ilə bağlı hazırda hüquq mühafizə orqanları araşdırma aparır: “Hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır, nəticələr açıqlanmamış, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi nəticə çıxarır. Araşdırmaların bitməsini gözləmirlər”.

QEYD: Hörmətli təhsil nazirim Əmrullayev cənabları nədən Anar Qədimalıyevi bu qədər əzizləyir? Görünmürmü, aydın deyilmi ki, bu adam özünün cılız şəxsi maraqlarını ölkənin təhsil siyasətinin üzərinə çıxararaq əlindəki administartiv rıçaqları ŞƏXSİ QİSAS alətinə çevirib? Bu, aydın şəkildə görünmürmü? Bunu nazir görmürmü?

Elə isə nədən susur?

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi