azia.az
azia.az

Gəncə təhsilini AQRONOMA HƏVALƏ EDƏNDƏ belə olur... - direktor NİYƏ İTNİHARA ƏL ATDI?

23-06-2022, 14:47

Gəncə təhsilini AQRONOMA HƏVALƏ EDƏNDƏ belə olur... - direktor NİYƏ İTNİHARA ƏL ATDI?
Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinin səbəbləri haqda sensasion iddiaslar yayılıb.

Azia.az xəbər verir ki, bu haqda "Demokratik.Az" saytı məlumat yayıb. Sayt iddia edir ki, hazırda reanimasiyada olan direktorun intihar cəhdinə səbəb Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev olub. Xəbərə görə, idarə müdiri direktordan öz vəzifəsindən istefa verməyi tələb edib. Sayt yazıb: “Anar Qədimalıyev məktəbin rəhbərliyini öz yaxın qohumu, həmin məktəbin təşkilatçı müavini Nüşabə Məmmədovaya vermək istəyir. Təbii ki, vəzifəyə alışmış Qarayeva da intihara cəhdlə RTŞ-in qərarına qarşı çıxır, direktorluq postunu ölümü bahasına da olsa qorumağa çalışır.

Digər bir məlumata görə, Gəncənin 1 saylı məktəbini ələ keçirməyə çalışan yeni direktor namizədi N.Məmmədova hazırda Gəncə şəhər İHB-nin ictimai-siyasi və hümanitar məsələlər şöbənin müdirinin müavini Azər İbrahimovun qaynanasıdır. Azər İbrahimovla da təhsil şefi Anar Qədimalıyev əmizadədirlər”.

Hadisə ilə bağlı “Yeni Sabah”a açıqlamasında millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev deyib ki, o baş vermiş hadisə və sözügedən iddia ilə tanışdır:

“Bir məsələni qeyd edim ki, Gəncə Regional Təhsil İdarəsinin müdiri əvvəlcə, Gəncə şəhər Təhsil İdarəsinə müdir təyin olunanda xeyli sayda əməkdar müəllimləri, qabaqcıl məktəb direktorlarını sıxışdırıb vəzifədən azad etdi və müəyyən maddi maraqlar əsasında təyinatlar həyata keçirdi.

Bəlkə də bu şəxsdən yüzlərlə şikayətlər daxil olur. Prezident Administrasiyasına, başqa təşkilatlara və s. lakin heç kim tədbir görmür. Bu, Anar Qədimalıyev ixtisasca aqronomdur, Aqrar Universiteti bitirib. Sonra Sorosun xətti ilə ABŞ-da 2 illik kurs keçib. O qədər şikayətlərin qarşısında isə bu şəxsi böyütdülər və etdilər regional bir idarənin rəisi. O, bütün məktəb direktorlarına qan uddurur.

Gəncədən çox həyəcanlı siqnallar daxil olur. Hətta bir məktəb direktorunun üstünə hücum da çəkib və onu hədələyib ki, buraya mən başqa təyinat verəcəyəm, əgər getməsən, Əmək Məcəlləsindəki 70-C bəndi ilə səni işdən azad edəcəyəm. Bu adam açıq şəkildə deyir ki, nazir mənim dostumdur və heç kim mənə heç nə edə bilməz. İndiki şəraitdə böyük bir rayonları özündə birləşdirən idarəyə ixtisasca aqronom olan bir şəxsin təyinatı düşünürəm ki, həmin regionda təhsilə edilən qəsddir.

Mən bunu dəfələrlə yazmışam ki, o əməkdar müəllimləri, qabaqcıl təhsil işçilərini necə incidir, hətta onlara qarşı qaba rəftarının olması barədə də məlumatlarım var. Sonuncu intihar hadisəsindən sonra düşünürəm ki, normal bir şəraitdə fəaliyyət göstərən məktəb direktorunun bu cür kritik ana gətirən səbəb nədir? Mətbuatda gedənlərə və mənə verilən məlumatlara inanaraq deyirəm ki, burada səbəbkar məktəbə yaraşmayan, ixtisası, ümumiyyətlə, buna yaxın gəlməyən bir şəxsin regional idarəyə rəis təyin olunmasıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi