azia.az
azia.az

Azərbaycan bayrağı direktor müavininin ayağının altında – FOTO

30-05-2022, 16:15

Azərbaycan bayrağı direktor müavininin ayağının altında  – FOTO
Məktəb direktoru Azərbaycan bayrağını ayağının altına ataraq şəkil çəkdirib. Bu barədə jurnalist Zaur Qənbərov şəxsi Facebook hesabında paylaşım edib.

“Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktor müavini Reyhanə Qurbanovadır. O, Azərbaycan bayrağını ayağının altına ataraq şəkil çəkdirib.

Xanımın diqqətinə çatdıraq ki, o bayraqdan ötrü nə qədər igidlərimiz qanlarından, canlarından keçdi. Reyhanə xanım isə ayaq altına atır.

R.Qurbanova mətbuata tanış simadır. O, saxta əmək kitabçasının olması ilə bağlı mətbuatın gündəmində olub.”
Azərbaycan bayrağı direktor müavininin ayağının altında  – FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi