"Qızlarıma dedim ki, daha qurtardı sizinlə şəkil çəkdirib instaqramda paylaşmaq..." - VİDEO
Müğənni Elçin Hüseynov qalmaqallı çıxışı ilə diqqət çəkib.
Azia.az baku.ws-ə istinadən xəbər verir ki, "Günün sədası" proqramına müsahibə verən ifaçı, bəzi həmkarlarına "söz atıb". O, ailəsi olmayan sənətçiləri efirdə ailə dəyərlərindən danışdığını, bunun isə gülünc göründüyünü deyib:
"Görürük də, ailə problemi yaşayanları. Bunlar hamısı kişidən asılıdır. Qadının günahı yoxdur. Deməli kişi ailəni düzgün qura bilməyib. Bəziləri var ki, özü düzgün ailə qurmağı bacarmayıb, amma efirdə ailə dəyərlərindən danışır. Bir tamaşaçı kimi kəınardan onlara baxıb sadəcə gülürəm".
Röya, Raya, Pənah və Əli adlı dörd övladı olan sənətçi onlardan da danışıb. Elçin qızları böyüdüyündən daha onlarla çəkilən şəkillərini sosial şəbəkə hesabında paylaşmayacağını bildirib:
"3-4 aydan bir biz uşaqlarla ziyarətə gedirik. Hər dəfə də o ziyarətə gedən övladlarımla şəkil çəkdirirəm. Sonuncu foto çəkdirəndə gördüm ki, artıq qızlarım böyüyüb, boyları mənə çatıb. Qızlarıma dedim ki, daha qurtardı sizinlə şəkil çəkdirib instaqramda paylaşmaq...".