İsmayıllıda təhsil işçiləri görün, nə işlə məşğuldurlar... - TƏFƏRRÜAT
İsmayıllı şəhəri İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Məmmədova Jalə Nadir qızı işlədiyi məktəbdə məktəb direktoru, müavinləri və sair şəxslərin ona qarşı apardığı iyrənc kampaniya barəsində ölkə rəhbərliyinə müraciət edərək kömək istəyir.
Birinci yazı burada: Əmrullayev bu faktı TƏFTİŞ ETMƏLİDİR - İTTİHAM VAR!
DAVAMI:
"Yazıb diqqətinizə çatdırmaq istəyirəm ki, haqqımda aparılan birinci araşdırmanın nəticəsini rədd edirəm və bildirirəm ki,bu fikirlər tamamilə şər-böhtan və qərəzlidir.Eyni zamanda araşdırma obyektiv aparılmayıb və şəxsən siz müdir Rövşən Əliyevin sifarişi əsasında mənə qarşı əsassız və sübutsuz halda boş fikir və söz yığını ilə tərtib olunub.
Əgər belə deyilsə onda sübutlarınızı ortaya qoyun.
Araşdırma zamanı üzləşdirmə,dəyirmi masa və sair keçirilmədi hansı ki, bütün bunlar üçün siz söz vermişdiniz.Sonda özünüz söylədiniz ki, bu araşdırma qeyri peşəkar şəkildə aparılıb.Elə isə niyə nəticəni ləğv etmədiniz?
Rövşən müəllim!
Niyə mən cənab başçıya müraciət edəndən sonra nəticələri ləğv etdiniz?
Çünki başçı sizdən haqqımda yazılan fikirləri sübut edəsi dəlillər istədi,həkimin möhürlü rəyini tələb etdi.Siz niyə belə qanunsuz işlərə gedirsiniz?
Nəyə görə mənə dediniz ki,hara istəyirsən şikayət et.Düşündünüz ki, mən cənab nazirə, cənab başçıya müraciət etsəm belə siz məni onlara mənfi obraz kimi təqdim edəcək və onlarda mənim haqqımda mənfi fikirlər yarada biləcəksiniz.Ancaq alınmadı çünki onlar daha ədalətli davrandılar.Siz təqdim etdiyiniz hər bir fikrə görə məsuliyyət daşıyırsınız və lazım olduqda cavab verməli olacaqsınız.
Məktəbin rəhbərliyi mənim cənab nazirin onlayn qəbulunda olacağımı bilirdilər və buna görə tələsik sizin tövsiyyəniz əsasında "müəllim etikası" adında bir girdirmə komissiya yaratdılar.Mən bu tədris müəssisəsində 22 ildir ki, işləyirəm belə bir komissiyanın olmasına rast gəlməmişəm və məndən əvvəl işləyən müəllimlərdən xəbər almışam onlar da belə bir komissiya haqqında məlumatlarının olmaması barədə məni bilgiləndiriblər.
Niyə bu komissiya mən təhsil nazirliyinə və icra hakimiyyətinə müraciət edərkən yaradılır?
Hazırda da mən icra hakimiyyətinə müraciət etdiyim üçün həmin komissiya fəaliyyət göstərir əlbətdə mənə qarşı.Komissiyanın sədri Dilbər müəllimə 13 Aprel 2022 ci il tarixində məni yanına çağırıb dedi ki,heyət sizi məktəbə buraxmayacaq.Sual edirəm bu səlahiyyəti onlara kim verib? Rövşən müəllim onlara bu səlahiyyəti siz vermisiniz çünki onlar sizin adınızı çəkir və sizə güvəndiklərini hər yerdə deyirlər.Məgər mən hansı bir pis əməl sahibiyəm ki, məktəbə buraxılmıram? Yaxud dövlət qurumlarına müraciət etmək nə vaxtdan bəri pis əməl sayılır? Mən burda ədalət tapa bilmirəmsə onda dövlətin digər qurumlarına müraciət etmək hüququna malikəm bu mənim konstitusyon hüququmdur.
Mənim başıma gələn işlərdən həm Dilbər müəllimənin həm də Nurlan müəllimin xəbəri var sadəcə onlar üzdə bir söz,gizlində isə başqa söz danışırlar.Dəfələrlə onlar mənim haqqlı olduğumu bildiriblər ancaq sonradan rəhbərliyin təpkisi nəticəsində sözlərini danıblar.
Rövşən müəllim siz məni barışığa məcbur edirdiniz və bu işi Dilbər müəlliməyə həvalə etdiniz.Niyə Dilbər müəllimədən soruşmadınız ki,siz niyə 20 ildir ki,Sənaye müəllimə ilə küslüsünüz?
Dilbər müəllimənin 65 yaşı tamam olub və müqavilə əsasında işləyir.Buna nə ehtiyac var? Məgər gənc kadrlar yoxmudur bu müəssisədə?
Mən direktor və dərs hissə müdiri barəsində şikayət etmişəm və peşman deyiləm.Məni valideyn onların sifarişi əsasında şagirdlərin gözü qarşısında təhqir edəndə heç bir mühafizə təşkil olunmadı.Niyə onda həmin komissiya yaradılmadı?Deməli, yalnız rəhbərlikdən şikayət olunan zaman lazım olur komissiya?Bəs sıravi müəllimlərin hüquqlarını kim müdafiə edəcək?Bu nə anormallıq,bu nə özbaşınalıqdır?Kim gətirdi bu dəyərsizlikləri İsmayıllı təhsilinə?
Təhsil şöbəsinin göstərişi əsasında Gülşən müəllimə mənə qarşı saxta araşdırma aparan zaman niyə siz müdir olaraq buna etiraz etmədiniz?İndi hansı dürüstlükdən dəm vurursunuz?
Hətta həmkarlarımı mənə qarşı səfərbər edərək əleyhimə izahatlar yazdırılıb.Güllübəyim, Qudsiyyə, Yekaterina və sair müəllimlərə əleyhimə izahat yazdırılır və bunlardan şəxsən sizin xəbəriniz var.Əgər dərs hissə müdiri mənə qarşı qərəzlidirsə əlbətdə əleyhimə istənilən oyunu qura,izahatı yazdıra bilərdi.Bəs sizin ədalətli mövqeyiniz harda qaldı? Dəfələrlə təhqir olunmağım və sair şeylər üçün zamanı çatanda məhkəmə qarşısında fikir bildirəcək və siz də başda olmaqla hamı cavab verməli olacaq.
Çox qəribədir həmkar rəhbərliyin yoxsa müəllimin hüququnu qorumalıdır? Bu nə oyunbazlığdır ki, həmkar çoxbaşlı oyun oynayır?Deyir ki,mənə oxumadığım sənədə imza atdırdılar.33 ilin müəlliminin danışığına fikir verin.
Dövlət qurumlarına şəhid ailələri,qazilər,bir sözlə bütün ölkə vətəndaşları yeri gəlmişkən müraciət edərək problemlərinin həlli istiqamətində tədbir görmələrini istəyirlər.Burada nə problem var? Ancaq nədənsə mən müraciət edəndə aləm dəydi bir-birinə.Çünki sizlər qanunsuz işlərlə məşğul olursunuz və istəmirsiniz ki, bütün bunların üstü açılsın.
Rus bölməsinin müəlliməsi Yekaterina ilə də aramızda olanları məhkəmə predmeti olduğu üçün məhkəməyə saxlayıram.Çünki burada da böyük mübhəm dolu suallar və əməllər var.
Bütün bunları Ramiz müəllimin yanında Dilbər müəllimənin iştirakı ilə müzakirə etmişik və Dilbər müəllimə olanları səmimi şəkildə etiraf edib.Ancaq sonradan fikrini danıb.Bilirəm niyə.Ümumiyyətlə,bu məktəbi şəxsi obyektinə çevirən şəxslər var.Rəhbərliyin yaxın qohumları bu məktəbdə müxtəlif işlərdə işləyir və buna görə hamının dili bir-birinin yanında qısadır.
Bəli, Qudsiyyə də Yekaterina müəllimə də və sair şəxslər də əleyhimə izahatları təzyiq altında yazıblar və sizin bundan xəbəriniz var.
Dərs hissə müdirinin əmisi nəvəsi mühafizədə, Qeydiyyat şöbəsində, Lobarant,gəlini və sair qohumlarını bu məktəbə yerləşdirib və məktəbi şəxsi təsərrüfatı kimi idarə edir.
Əgər araşdırma aparılsa ortaya çıxar ki,bu qohum-əqrəba şəbəkəsi məktəbdə hansı oyunlara rəhbərlik edir və hansı qanunsuz əməlləri həyata keçirir".
Mənbə:My Webpage