Texnologiya Universitetindı ÖZBAŞINALIQ AB-HAVASI... - BUNUN BAŞQA ADI YOXDUR...
Texnologiya Universitetində baş verən olaylarla bağlı ilginc iddiaların yer aldığı materialı paylaşmışdıq:
Texnologiya Universitetində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR...
Bu gün isə həmin materialın davamını təqdim edirik: "Universitetin büdcəsini ata mülki kimi dağıdan rektor 2 müşaviri olduğu halda, 2- sini də təzəlikcə gətirib ( padşahın fil məsələsi kimi). Əvvəla, təqribən 3 min (kollec tələbələrinin sayı qədər) civarında tələbə sayı olan universitetə 4 müşavir lazımdırmı? Bu israfçılıq deyilmi? Təsəvvür edin ki, İqtisad Universitetinin təkcə bir fakültəsində 3 min tələbə (texnologiya universitetindəki tələbə sayı qədər) təhsil alır. Gəlin görək hərəsi 4 min manat maaş alan bu müşavirlər kimdir? Elm və Beynəlxalq əlaqələr üzrə müşavir M.Güləliyev, Sənaye və tədris məsələləri üzrə müşavir A.Eyvazov. Adları qeyd olunan bu adamlar aldıqları maaş müqabilində universitetin inkişafı üçün hansı imkanları yaradacaqlar, yəni nə iş görəcəklər? Fikir verin « Sənaye və tədris məsələləri» üzrə müşavir. Tədris işləri üzrə prorektor olduğu halda, əlavə hoqqaya nə ehtiyac var. Guya A.Eyvazov prorektor Y. Ömərovdan fərqli nəsə bir işmi görəcək? Əgər sual olunsa ki, burada sənaye məsələsi də var,ona görə mütləq bu sahədə ayrıca müşavir də olmalıdır, onda universitetin hansısa sənaye müəssisəsi ilə əlaqələrinin mövcudluğundan söhbət getməlidir. Amma A.Süleymanov işlədiyi 9-il müddətində deyə bilməz ki universitet hansısa sənaye müəssisəsi ilə real əlaqə qurub və bu əlaqələrin nəticəsində universitetin büdcəsinə bir manat maliyyə vəsaiti daxil olub. Rektor sadəcə olaraq dil pəhlavanıdır, hələki hamını aldada -aldada gedir, vəssalam. Ona görədə olmayan şey üzrə müsavir təyin etmək, fırıldaqçılıqdan başqa birşey deyil. Havaya sovrulan bu pulları universitetin maddi – texniki bazasının yüksəldilməsinə sərf etmək əvəzinə, lazımsız müşavirlərə sərf edilir, hansı kı bu adamların universitetə heç bir xeyri yoxdur. Göyə sovrulan bu pulları əvvəlcə universitetin maddi texniki bazasının qurulmasına, kadr potensialının yüksəlməsinə sərf etmək lazımdır ki,elmi potensialı yüksəldəsən.Yüksək elmi potensialı və müasir elmi tədqiqat laboratoriyaları olan universitetin beynəlxalq əlaqələrindən və elmi potensialından və nəhayət sənaye əlaqələrindən danışmaq olar. Amma yuxarıda qeyd olunanların əvəzinə yeni müşavir A.Eyvazov gənc müəllimlərdən və tələbələrdən ibarət könüllülər təşkilatı yaratmaqla məşğuldur. Universitetdə gənclər təşkilatı, həmkarlar təşkilatı fəaliyyət göstərdiyi halda yeni təşkilata nə ehtiyac var, görəsən? Nurçular universitetdə təşkilatlanaraq xeyli tələbənin əqidəsini pozdular. Nəticə olaraq Türkiyə kimi qardaş ölkənin təhsil sistemi Texnalogiya Universitetini qəbul etmir, indidə nurçular gedib, A.Eyvazov gəlib təşkilat yaradır. Cənab Eyvazov! universitetdə siyasi dərnək yaratmaq əvəzinə təhsili inkişaf etdirmək lazımdır, ölkə rəhbəri bizdən bunu tələb edir, təşkilatlanmağı yox.Rektorun 4 müşaviri birlikdə ayda 12-13 min manat «maaş» alırlar,amma,bu pulun müəyyən hissəsi rektora qaytarılır. Necəki, nurçularında vaxtında onlara yazılan şişirdilmiş maaşların ən azı yarısı aybaay rektora qaytarılıb, bunu onların özləri dəfələrlə etiraf ediblər. Bu o deməkdir ki, rektor özünə məxsus üsulla (o həmişə bu üsuldan istifadə edib) universitetin büdcəsindən külli miqdarda pul mənimsəyir.Müşavirlər nə edir?, heç-bir şey, sadəcə olaraq hərəsi bir kabinetdə oturub mürgü vururlar. Çox güman ki, rektor müşavirlərin sayını gələcəkdə birazda artıracaq, məsələn, rektoru 2- ci mərtəbəyə qaldırıb- düşürmək üzrə müşavir. Bu iş bir az çətin olduğuna görə (çünki belə müşavir fiziki cəhətdən həmdə güclü olmalıdır) belə müşavirə ayda 5-6 min manat məvacib verilməlidir, zarafat deyil rektoru 2- ci mərtəbəyə qaldırmaq və s..sizə asan gəlməsin. A.Süleymanov rəhbərlik etdiyi 9 ildə təhsilin inkişafı ilə bağlı heçbir iş görməyib, əksinə təhsilin səviyyəsini heçə endirib. Texnologiya Universitetinə qəbul olunan tələbələrin 60-70% -ı subbakalavrlardan ibarətdir. Bu danılmaz faktdır və bu onu göstərir ki, bərbad idarəçilik nəticəsində universitet kollec səviyyəsinə endirilib. İndi də rektor 9 il «idarəçilikdən « sonra hansısa sənaye əlaqələrindən, beynəlxalq əlaqələrdən danışır. Hansı kadrlarla o, bu işləri görəcək? Soruşmaq lazımdır 6-7 il öncə rektor kimi onun yaratdığı müştəri yönümlü proqramın (MYP) fəaliyyəti nəticəsində universitetin büdcəsinə nəqədər maddi vəsait gətirilib və MYP adı altında nəqədər pulu şişirdilmiş maaş və lüzumsuz məzuniyyətlər şəklində göyə sovurulub? Necə oldu MYP -nin axırı? Niyə MYP fəaliyyətini dayandırdı? Rektor mənasız və məntiqsiz işlərlə kollektivi boğaza yığıb. Bilmir ki, necə etsin ki, daha çox pul mənimsəsin. Tələbələrdən yığılan təhsil haqqlarını basıb yeməkdən başqa əlindən heç-bir iş gəlmir. İşlədiyi 9 il müddətində kənardan universitetə bir qara qəpik maliyyə vəsaiti gətirilməyib? Amma müxtəlif proqram adları altında külli miqdarda maliyyə vəsaitin göyə sovurub.
Təhsil nazirliyidə hələ ki, rektorun «islahatlarına» susur, yəni gözləmə mövqeyi tutub ki, görsün A.Süleymanovun növbəti qurbanları kimlər olacaq, başqa sözlə A.Süleymanovu növbəti dəfə kimlər «aldadacaq».
Qeyd: A.Süleymanov elmi şurada bu yaxınlarda bildirib ki, təhsil nazirliyi bizi başa düşmür, bizə dəstək vermir, amma M.Cabbarov bizi başa düşür, onunla danışıb- söhbət etmişəm,o bizi dəstəkləyir. Daha doğrusu rektor özünü tapşırtdırib.
Hörmətli, E.Əmrullayev, A.Suleymanovu sizə tapşıran kimdirsə, xahiş edirik, soruşun görək A.Süleymanov özünü allahada tapşırtdırıbmı? Əgər tapşırtdırıbsa, onda vay kollektivin halına".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Mənbə:My Webpage