azia.az
azia.az

Attestatsız direktor müavini ilə bağlı QALMAQAL - "Rüşvət qarşılığında vəzifəyə təyin olunub”

29-04-2022, 10:12

Attestatsız direktor müavini ilə bağlı QALMAQAL - "Rüşvət qarşılığında vəzifəyə təyin olunub”
“Attestatı olmayan şəxsin vəzifəyə təyin edilməsi qanunvericiliyə ziddir”. Açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Xatırladaq ki, bir neçə gün öncə 2004-cü ildən Bakının Binəqədi rayonu 3 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Yusifovanın orta təhsilinin olmaması ilə bağlı məlumat yayılıb.
Elçin Əfəndinin sözlərinə görə, bu vəzifəni tutan şəxsin ən azı peşə təhsili olmalıdır:

“Ümumtəhsil məktəblərində ali və orta təhsilin olması vacibdir. Orta təhsili yoxdursa, heç olmasa peşə təhsili olardı. Attestatı olmadan vəzifəyə təyin edilibsə, qanunvericilik pozulub. Ümumiyətlə, təhsil haqqında qanunvericiliyinə əsasən, vəzifəyə təyin olunan şəxsin həmin vəzifə üzrə ən azı 1 illik təcrübəsi olmalıdır. Əgər hər hansı vəzifə daşıyıcısı ixtisas sahibi deyilsə, deməli, kimsə özbaşına qərar verib”.

Ekspert qeyd edib ki, ümumtəhsil məktəblərində rüşvət qarşılığında vəzifə tutanlar az deyil:

“4447 orta ümumtəhsil müəssisəsinin hamısında problemlər var. Adamın sahəyə aiddiyyatı yoxdur, lakin həmin vəzifədə çalışır. Əgər təsərrüfat müdiridirsə, bütün məktəbin maddi, texniki təminat məsələlərinə cavabdehdir. Bu adamın savadı yoxdursa, təsərrüfatı necə idarə edir. Deməli, rüşvət qarşılığında vəzifəyə təyin olunub”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi