azia.az
azia.az

Təhsil naziri E.Əmrullayev və GDU-nun rektoru Yusif Yusibov QALMAQALI

22-04-2022, 11:02

Təhsil naziri E.Əmrullayev və GDU-nun rektoru Yusif Yusibov QALMAQALI
GDU-da "kölgə iqtisadiyyatı" Şahin Xurşudovun nəzarəti altındadır

Ali təhsil ocaqlarında yay imtahan sesiyası başlar-başlamaz Gəncə Dövlət Universitetinin adı yenidən medianın manşetlərində ön sıralarda çəkilməyə başlayıb. Zatən ilin bütün fəsillərində şikayət baxçasında tər çiçəklər bitirən GDU imtahan vaxtında bir ayrı aləm olur. Əgər imtahan sessiyası tələbənin biliyini qiymətləndirmək üçündürsə, bu Gəncə Universitetində təhsil alanlar üçün qorxulu röyaya çevrilir. Xüsusilə hazırda da davam edən sesiya daha dəhşətli, daha yağmalayıcı xarakteri ilə əvvəlkilərdən fərqlənir.
Rubrika.az saytına danışan şikayətçilər bildirirlər ki, GDU ölkə qanunlarını heçə sayan, bir neçə nəfərin iradəsi ilə idarə olunan təhsil müəssisəsidir. Burada baş verən qanunsuzluqlar barəsində dövrü mətbuatda, eləcə də Rubrika.az saytında zaman-zaman məlumatlar verilsə də elə bir mühüm dəyişikliklər olmayıb. Sadəcə bazar qanunlarına uyğun olaraq imtahan qiymətlərində dəyişikliklər edilir, vəssalam. Tələbələr ürək ağrısı ilə bildirirlər ki, hətta tikinti materialları bazarında qiymətlər qalxanda belə canımıza qorxu düşür ki, bizdə də imtahan qiymətləri qalxacaq. Bütün tədris ili boyu davam edən tələbələrin "soyulması” imtahanlar vaxtı kulminasiya nöqtəsinə çatır.
Rubrika.az saytına verilən məlumatlara görə, GDU-da təhsil adına rəzalət sayılacaq bu əməllərə rəvac verən şəxs Şahin Xurşudovdur. Universitetdə böyük səlahiyyətlər sahibi olan bu şəxs bəzən rektor əvəzində də qərarlar verir. Məlumatlara görə, baş verən bütün maliyyə əməliyyatları, eləcə də "imtahan yağmalanması” məhz onun xeyir-duası ilə baş tutur. Universitetdə rektor Yusif Yusibovun "qara kassa"sı kimi tanınan "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekanı olan Xurşudov hər yerdə deyir ki,mən mini rektoram. Məlumatlara görə, əvvəllər rüşvət bir az gizli formada alınırdısa, Şahin Xurşudovun məsələyə "əl qoymasından” sonra heç kimdən çəkinib eləmədən tələbələrdən pul yığırlar. Pandemiya dövründə isə daha mütərəqqi formul düşünülüb- tələbələrə xüsusi adamlar vasitəsi ilə zəng olunur.Təklif olunur ki,sualların doğru cavablarını da verəcəyik.Pulunu bizim kart hesabımıza göndərin,qiymətlərinizi yaxşı yazacağıq.
GDU-da "kölgə iqtisadiyyatı" tamamilə Şahin Xurşudovun nəzarəti altındadır. Necə deyərlər burada onun iradəsindən kənar quş da qanad çala bilməz. Elə bunun nəticəsidir ki, Ş.Xurşudov istənilən müəllimin həsəd aparacağı dəbdəbəli həyat tərzinə malikdir. Zamanın necə dəyərli olduğunu sahibinə xatırladan 4000 manatlıq qızıl saatı, yüz min manat dəyərində "Land Cruiser" maşını da Xurşudovun "elmi nailiyyətlərinin” az qismidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da vardır ki, universitet tələbələrinin bu cah-cəlalda "əməyi” heç də az deyil.
Bildirilir ki, tələbələr aldıqları hər qiymətə görə Xurşudovu "gördükləri” kimi yedikləri hər loxma çörəyə görə də onun kafelərində hesab ödəməlidirlər. Belə ki, GDU-nun həyət-bacasında, içərisində olan bütün iaşə ocaqları ona məxsusdur.
Rubrika.az saytına verilən məlumatlara görə, GDU-da özbaşınalıqlar o həddə çatıb ki, nəinki qanunlara, heç Təhsil Nazirliyinin göndərdiyi komissiyaya belə məhəl qoyulmur. Belə olmasaydı, nazirliyin əməkdaşları rektorun otağından qovulmazdı.
Belə ki, Təhsil Nazirliyi həm kütləvi informasiya vasitələrində dərc olunan materiallara görə, həm də nazirliyə olunan çoxsaylı şikayətlərə görə universiteti yoxlatmaq üçün xüsusi komissiya göndərib. Komissiya yoxlama prosesində maliyyə sahəsində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması, saxta tələbə köçürmələri və s. kimi cinayət xarakterli faktlar aşkar edib.
Bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri rektor Yusif Yusibov tərəfindən kobud formada təhqir olunub. Rektorla komissiya üzvləri arasında danışıq alınmadıqda, Yusif Yusibov onları otaqdan qovaraq qışqırıb ki, gedin bacardığınızı eləyin.
Rubrika.Az saytına verilən məlumatlara görə, E.Əmrullayevlə heç də yaxşı münasibətləri olmayan Y.Yusibov bundan sonra "lazımi adamları” məlumatlandırandan sonra (onların kimliyi barədə də məlumatımız var) Təhsil nazirliyinə komissiyanın dayandırılması ilə bağlı təzyiqlər olunub və məsələ növbəti dəfə ört-basdır edilib.
Sual olunur ki, bütün bunlar nə vaxta qədər malalanacaq və GDU-da təhsil rəzalətinə rəvac veriləcək?
Niyə görə GDU-nun maliyyə məsələlərinə heç kim müdaxilə edə bilməz?
Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə getdiyi bir şəraitdə GDU-də açıq-aşkar "imtahan bazarı”nı niyə heç kim görmür?
Nazirliyin komissiyasını qovmaq cəsarətini GDU yetkililərinə kim verib?
Ş.Xurşudovun əməllərinə rəvac verənlər düşünmürlərmi ki, bütün bunlar Azərbaycan təhsili adına bir utancdır?
Suallar çoxdur, amma təəssüf ki, cavab verən tapılmır. Və yaxud cavab verə bilmirlər. Yoxsa onlar da bir qəfil telefon zəngindən qorxurlar?…

P.S. Yazı saytımızda dərc edilməyə hazırlanarkən elektron poçtumuza Abbas Məmmədov tərəfindən GDU-da bir çox qanunsuzluqlarla bağlı müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ KOLLEKTİVİNİN AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEVƏ

M Ü R A C İ Ə T İ


Cənab Nazir, Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Universitetdə özbaşınalıq, qanun pozuntuları baş alıb gedir. Bütün universitet kollektivinin hüquqları pozulur, müxtəlif təhqirlərə məruz qalır.

Nəzərinizə çatdırmaq istəyirik ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun himayə etdiyi, dayı dediyi GDU rektorunun büdcə vəsaitlərini təhsilin keyfiyyətinin artırılması əvəzinə istədiyi kimi sağa-sola səpməsi yolverilməz haldır. Bu fakt artıq heç kim üçün sirr olmasa da, nədənsə araşdırma aparmaq istəyən heç bir aidiyyatı qurum yoxdur. Universitetdə qayda-qanun yoxdur. Kim hay-küy salırsa, dərhal ya rektorun,ya tədris işləri üzrə prorektorun və ya digər prorektorların yanına çağırıb deyirlər ki, dediyini edəcəyik, səs-küy salma.

İndi isə Gəncə Dövlət Universitetinin rəhbərliyi öz çirkli məqsədlərini həyata keçirmək üçün universitetdə struktur dəyişiklikləri aparmaq istəyir. Məlumdur ki, GDU-nun əsas bazası müəllimlik ixtisası üzrədir. Müəllimlik ixtisaslarında isə gələcək gənc nəslin savadlı yetişməsi üçün boloniya təhsil sistemində yarımqruplarda tələbələrin sayı 12-15 nəfər nəzərdə tutulmuşdur. Eyni zamanda təlimata uyğun olaraq tələbələrin sayı 500-dən artıq olan zaman onun fakültə kimi formalaşmasına icazə verilir. Buna səbəb isə bu şərtlər daxilində gənc nəslin təlim tərbiyəsinə və təhsilinə daha ciddi nəzarət etməyin mümkün olmasıdır. Çox maraqlıdır ki, bunları bilə-bilə rektor hansı əsasdan fakültələrin birləşdirilməsini istəyir? O, fakültələr ki, hər birində 700-800 tələbə var. Bu birləşmədə yaranacaq yeni fakültədə tələbələrin sayı 1400-1500 və daha artıq olacaqdır. Belə bir sual ortaya çıxır.Cənab Nazir,1500 tələbəsi olan fakültədə tələbələrin təhsil səviyyəsinə yüksək dərəcədə nəzarət etmək mümkündürmü? Aydın məsələdir ki, bu çətindir. Bəs onda bu birləşməni aparmaqda məqsəd nədir? Belə çıxır ki, onsuz da günü-gündən təhsilin səviyyəsi sıfıra düşən, təlim-tərbiyəsi gərgin vəziyyətdə olan GDU-nun qalan hissəsinidə rektor Y.Yusibov dağıtmaq istəyir. Bir şeyi fikirləşmək lazımdır ki, birləşdiriləcək fakültələrin 1500-1600 nəfərlik tələbə kontingeti eyni vaxtda yerləşə biləcək bir tədris korpusu belə yoxdur.Auditoriya fondu çox zəifdir, maddi bazası yox səviyyəsindədir.

Qeyd etmək lazımdır ki, son illərdə GDU-ya tədrisə aid heç bir inventar, heç bir avadanlıq, heç bir əyani vəsait alınmamışdır.

Maraqlı məqamlardan biri də odur ki, Gəncə Dövlət Universiteti bugünə kimi nəinki yeni yaranmış və təcrübəsiz şirkətləri tenderin qalibi edir, eyni zamanda mövcud olmayan şirkətləri də tenderin qalibi edə bilir.Təxminən bir neçə ay bundan əvvəl Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Viper” MMC olub. "Viper” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında abadlaşdırma işləri görəcək və bunun qarşılığında 49 min 95 manat 1 qəpik alacaq.

Daha bir tender müsabiqəsinin qalibi "Ter-Fon As Ltd” MMC olub.
"Ter-Fon As Ltd” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında təhsil ocağına mətbəx ləvazimatları satacaq və bunun qarşılığında 42 min 339 manat alacaq. Satın alınacaq mətbəx ləvazimatları arasında limon qabı, qazan, kəfkir, qaşıq, bıçaq, cömçə, tava kimi qab-qacaqlar olacaq. Qeyd edək ki, tender elanı 28.04.2021-ci il tarixində elan olunub. Qalib MMC isə tender elanından cəmi 2 ay əvvəl - 11.02.2021-ci il tarixidə dövlət qeydiyatına alınıb.Məlumat üçün bildirək ki, nizamnamə kapitalı cəmi 1 manat olan "Ter-Fon As Ltd” MMC-nin hüquqi ünvanı Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B-də yerləşir. MMC-nin qanuni təmsliçisi Məmmədov Cavad Yaqub oğludur.

Qəribədir,universitetdə professor-müəllim heyətinin maaşı qaldırılmır, universitetə laboratoriyalara avadanlıq, kitabxanalara yeni dərs vəsaitləri alınmır, amma limon qabı, qazan, kəfkir, qaşıq, bıçaq, cömçə, tava kimi qab-qacaqlar, tualet kağızı,domestos, net kimi kimyəvi vasitələr almaq adı ilə büdcə vəsaitləri talan olunur.

Cənab Nazir,onu da qeyd etmək lazımdır ki,GDU-da Qərb zonası üçün, eləcə də respublikamızın digər regionları üçün müəllim kadrları hazırlanır.

Cənab Nazir,bəlkə də bu işlərdən Sizin məlumatınız yoxdur,daha doğrusu bunlar universitetin rektorunun özünün apardığı maxinasiyalardır.Bu maxinasiyaların arxasında isə nə durur, yəqin bilirsiz.

Bunları yazmaqda bir məqsədimiz var. Sakit də olsa, çətin vəziyyətdə yaşayan müəllim təbəqəsini üz-üzə qoymağa ehtiyac olmadığını bildiririk.

Cənab Nazir,çox maraqlıdır ki, görəsən hansı səbəbdən GDU təhsil nazirliyinin nəzarətindən kənarda qalıb??? Bunu deməkdə tam əsasımız var ki,hər bir xırda vəzifəli adam öz ətrafında bir dəstə yaradaraq öz qayda-qanunları ilə universiteti idarə edirlər. Prorektor Fəxrəddin Məmmədov bir qərar verir,bundan bir az sonra rektor başqa bir qərar verir. Bəs görəsən,Təhsil Nazirliyinin verdiyi əmr,qayda və qanunlar nə vaxt GDU-ya aid olacaq??? Artıq universitet əməkdaşları elə səviyyəyə çatıb ki,açıq şəkildə öz sözlərini deməyə hazırlaşırlar.

Cənab Nazir, rektor deyir ki, bu Sizin göstərişinizdir. Filologiya fakültəsi ilə Xarici dili,Tarix fakültəsi ilə Pedaqoji fakültə, Coğrafiya ixtisası ilə İqtisadiyyat fakültəsi, Əlavə təhsil və yenidənhazırlanma fakültəsi ilə Magistratura şöbəsini, Fizika ilə Riyaziyyat-informatika fakültələrini birləşdirmək istəyirlər. Bir şeyi fikirləşmək lazımdır ki,birləşdiriləcək fakültələrin 1500-1600 nəfərlik tələbə kontingeti eyni vaxtda yerləşə biləcək bir tədris korpusu belə yoxdur.

Cənab Nazir,aydın görünür ki,tələbələrinin sayı 400-dən az olan Biologiya-kimya fakültəsi Yusif Yusibovun öz ixtisası olduğu üçün oranı heç hara birləşdirməkdən söhbət belə getmir. Halbuki,bu fakültəyə tələbə qəbulu hər il kəsirdə qalır.

Universitetdə rektor Yusif Yusibovun "qara kassa"sı "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekanı Şahin Xurşudovdur. Asif Cavadov estafeti ona ötürüb. Bu adam hər yerdə deyir ki,mən mini rektoram. Rektor Yusif Yusibovda başa düşür ki, universitetdə "kölgə iqtisadiyyatı" Şahin Xurşudovsuz mümkün deyil. Şahin Xurşudov bu "məsuliyyətli" tapşırığın öhdəsindən məharətlə gəlir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.Şahin Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olması qarşılıqsız qalmır. Belə ki, GDU-nun "qara kassa"sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində "Land Cruiser" sürməzdi. Bu hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var.

Şahin Xurşudov Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şahin Xurşudov ixtisasca texnoloqdur, hansısa yollarla iqtisad elmlər namizədi diplomuna da sahiblənə bilib. GDU-da bütün rüşvət kompaniyasına rəhbərliyi Şahin Xurşudov həyata keçirir. Ən gülməli məqamlardan biri də budur ki, hər işlə məşğul olmağı bacaran Şahin Xurşudov sən demə həm də kafe işlətmək qabiliyyətinə malik imiş. Universitetlərin bütün korpuslarında və tələbə yataqxanalarında olan bütünı kafelər ona məxsusdur, hərçəndki, bu kafe işində pandemiya onu xeyli ziyana salıb.

Yusif Yusifovun qocalığı ilə əlaqədar hüşsuzluğundan istifadə edərək Şahin Xurşudov, Vasif Həsənov, Fəxrəddin Həsənov, Asif Cavadov hərəsi bir əmr förmalaşdırır, bu əmrlərin də forma və məzmunu gün ərzində bir neçə dəfə dəyişir.

Rektor nənələri erməni olan, Gəncəyə raket atılanda evinə raket düşərək yaralanan Kalina Qriqoryanın nəvələri, vaxtı ilə Məmməd Əmin Rəsulzadəni söyən deputat Naqif Həmzəyevin qayınları, Soros fondunun yetirmələri Vasif və Asif Həsənov qardaşlarının əlində oyuncağa çevrilib.

GDU-da Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi adlı bir təşkilat da var. Bu təşkilatın sədri 2010-cu ildən Pərviz Adıgözəlov təyin olunub.
Pərviz Adıgözəlovun artıq 43 yaşı var, baba olmağına baxmayaraq hələ də adında "azad" sözü olan, amma özü azad olmayan Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir. Bu şəxs fondun pullarını istədiyi kimi xərcləyir, hələ bu günə qədər bir nəfər maddi vəziyyəti ağır olan tələbəyə maddi yardım etməyib. Edilən yardımlar özünə yaxın olan tələbələrin adına yazılaraq Pərviz Adıgözəlov tərəfindən mənimsənilir. Bu adam rektorun xəbərdaşıyanı funksiyasını yerinə yetirdiyinə görə hələ də həmin vəzifədə saxlanılır.

Pərviz Adıgözəlov heç bir elmi dərəcəsi olmasa da Ekologiya kafedrasında 0,5 ştat müəllim vəzifəsində də çalışır.Bu kafedrada laborant Sevinc Mahmudova biologiya üzrə elmlər namizədi olsa da müəllim vəzifəsinə keçirilmir,elmi dərəcəsi olmağına baxmayaraq ona dərs verilmir.Amma kafedra müdiri,Sevda Əhmədova Sevinc Mahmudovaya yox, heç bir elmi dərəcəsi olmayan Pərviz Adıgözəlova dərs verib.

Cənab Nazir,Sizdən xahiş edirik ki, GDU kollektivinin artıq neçənci müraciətini nəzərə alıb,buradakı özbaşınalıqlara son qoyasınız.

P.S hələdə GDU-dan dərc edilən bu şikayətlərlə bağlı hansısa ölçü götürüldüyü barədə heç bir məlumat əldə etməmişik!
Məqalədə qaldırılan iddialarla bağlı teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi