azia.az
azia.az

Heydər Əliyev Fondunun inşa etdirdiyi Masazır kənd 4 nömrəli tam orta məktəbini direktor müavini rüşvətxorluq yuvasına çevirib- RƏZALƏT

19-04-2022, 10:58

Heydər Əliyev Fondunun inşa etdirdiyi Masazır kənd 4 nömrəli tam orta məktəbini direktor müavini rüşvətxorluq yuvasına çevirib- RƏZALƏT
Məlumdur ki, son illər ərzində Heydər Əliyev Fondu ölkəmizin təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini ardıcıl şəkildə həyata keçirməkdə davam edir. Belə bir layihələrin həyata keçirilməsində başlıca məqsəd, ölkəmizin hər bir guşəsində müasir standartlara cavab verən yeni təhsil kompleksləri yaratmaq, dövlətimizin təhsil siyasətinin həyata keçirilməsinə dəstək olmaqdır. Qeyd edək ki, son 10-15 il ərzində bu layihələr çərçivəsində ölkəmizin müxtəlif bölgələrində yüzlərlə məktəb binaları inşa olunmuş, bir çoxları isə yenidən qurulmuşdur. Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən 4 nömrəli tam orta məktəb də, belə bir layihələr çərçivəsində inşaası həyata keçirilən təhsil müəssisələrindəndir. Belə ki, 6 oktyabr 2016-cı il tarixdə Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, Abşeron rayonunun Masazır kəndində Fondun maliyyə dəstəyi ilə inşa olunmuş 4 nömrəli tam orta məktəbin açılışında iştirak edirlər və onları məktəbin şagirdləri sevinc hissi ilə qarşılayırlar. Qeyd edək ki, bu məktəbin tikintisinə 2015-ci ilin oktyabrında başlanılır və müasir səviyyədə, yüksək keyfiyyətlə inşa olunan təhsil ocağının həyətində geniş abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır, işıqlandırma sistemi quraşdırılır. Eyni zamanda, bu təhsil ocağı ən zəruri inventarla, əyani vəsaitlərlə tam şəkildə təchiz olunur. Üçmərtəbəli 800 yerlik olan bu təhsil ocağında ümumilikdə 36 sinif otağı var və məktəbdə şagirdlər Azərbaycan və Rus bölmələrində təhsil alırlar. Məktəbdə müxtəlif fənn kabinetləri, o cümlədən hərbi, biologiya, fizika, informatika kabinetləri, kimya laboratoriyası və kitabxana fəaliyyət göstərir.
Bütün bunlara baxmayaraq, Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına inşa olunan bu təhsil ocağında direktor müavini vəzifəni daşıyan Ofelya xanım, bu gün də daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə etməkdədir. Belə bir səbəbdəndir ki, hal-hazırda məktəb rüşvətxorluq yuvasına çevirib. Söz yox ki, o, rəhbərliyin icazəsi olmadan bu yöndə heç bir addımını ata bilməz. Dolaşan söz-söhbətlərə görə, Ofelya xanım pul yığımı kompaniyasına 2022-ci ilin yanvar ayından xüsusi hazırlıqla başlayır və o, bu yöndə niyyətini “çin etmək” üçün, hətta valideyin komitələrinin imkanlarından da istifadə edir. Yəni, direktor müavini valideyin komitəsinin sədri Könül xanıma “Hər kəsdən 35 manatdan yığ” deyə tapşırığını verir. Bəli, bu yolla komitəyə toplanan pullar məktəbə aid problemlərin həllinə deyil, daha çox Ofelya xanımın şəxsi problemlərinin həllinə yönəldilir. Adicə bir məqamı qeyd edək ki, hal-hazırda bu xanım müəyyən yaş həddinə çatsa da o, “BMW” markalı avtomobil idarə edir və əldə etdiyi gəlirlər hesabına, məhz dolanışığına aid lazımi ehtiyaclarını da ödəyir. Amma, o, heç bir halda fikirləşmir və götürqoy etmir ki, çalışdığı, həmçinin vəzifə sahibi olduğu Masazır kənd 4 nömrəli tam orta məktəbi Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına inşa olunmuşdur. Ona görə də, bu təhsil ocağının adı rüşvətxorluqda və digər qanunsuzluq əməllərində hallanmamalı, əksinə nümunəvi fəaliyyəti ilə əksər təhsil müəssisələrinə nümunə olmalıdır. Əfsuslar olsun ki, direktor müavini vəzifəni daşıyan Ofelya xanımın sayəsində bu məktəbin adı, hal-hazırda bu kimi çirkin işlərdə hallanır və tam əksəriyyətin qınaq obyektinə də çevrilir. Mövzuya qayıdacağıq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi