azia.az
azia.az

Rektor İlham Mədətov və onun müavinlərinin korrupsiya şəbəkəsi… - Universitetdə QONAQPƏRVƏRLİK fakültəsi var imiş….

13-04-2022, 15:34

Rektor İlham Mədətov və onun müavinlərinin korrupsiya şəbəkəsi… - Universitetdə QONAQPƏRVƏRLİK fakültəsi var imiş….
Əvvəl Mədəniyyət və Turizm Nazirliyinin, sonradan isə Dövlət Turizm Agentliyinin tabeçiliyinə verilən Azərbaycan Turizm İnstitutu ilə bağlı yazmadan öncə bəzi məsələlərə aydınlıq gətirək.
Birincisi, bir nazirliyin adı 3-4 ildə neçə dəfə dəyişər, axı..?
Əvvəl Mədəniyyət nazirliyi, sonra İdman və Gənclər nazirliyi, daha sonra İdman və Turizm nazirliyi və s…
Belə idarəçilik olmaz ee…
Ona görə də haqqında bəhs edəcəyimiz Turizm və Menecment Universiteti ilə bağlı onu deyə bilərik ki, bu ali məktəb əvvəl Turizm İnstitutu adlanıb.
İnstitut Prezidentin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir.
İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır.
Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi universitet artıq nazirliyin deyil, dövlət agentliyinin nəzdindədir.
Sözün qısas universitet uzun illər sabiq Mədəniyyət Naziri Əbülfəs Qarayevin “kuratsiyaslnda” olub.
Və sabiq nazir bu universitetə özünün və Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın dostu Cəfər Cəfərovun rektor olmasına xeyir-dua veriblər.
Cəfər Cəfərov hazırda Azərbaycan Pedoqoji Universitetini əməlli-başlı ailə kantoruna çevirib.
İkinci vacib məsələ odur ki, əvvəl adı Turizm Universiteti olan ali məktəbin adı indi Turizm və Menecment Universiteti adlanır.
Adamdan soruşarlar ki, nə dəyişib..?
Bəlkə təhsilin keyfiyyəti, səviyyəsi yüksəlib, bəlkə ali məktəbdə rüşvət azalıb, bəlkə korrupsiya halları aradan qalxıb..?
Belə məqamda yada başqa bir universitet düşür.
Sabiq Ekologiya Naziri Hüseynqulu Bağırova məxsus olan və bacısı tərəfindən idarə olunan Qərb universitetinin adını bir müddət əvvəl dəyişib Qərbi Kaspi Universiteti qoydular.
Bir nəfər də soruşmadı ki, ay Hüseynqulu müəllim, ad dəyişməklə nəsə dəyişdimi..?
İndi sabiq nazir Əbülfəs Qarayevdən də soruşan lazımdır ki, universitetin adının dalına MENECMENT yazmaqla nəsə dəyişdimi..?
Təsəvvür edirsiniz, universitetdə QONAQPƏRVƏRLİK fakültəsi var.
Vallah, dünyanın heç bir yerində belə mənasız işlər yoxdur.
Qonaqpərvərlik fakültəsinə daxl olan tələbə 4-5 il müddətində nə öyrənəcək..?
İndi isə universitetin yeni rəhbərliyinin fəaliyyətinə nəzər salaq.
Deməli, universitetin yeni rektoru İlham Mədətov ərəb dili tərcüməçisidir və ərəb ölkələrində vaxtilə tərcüməçi olub. Sonralar Yevlax rayon partiya komitəsində, daha sonra Yevlax icra hakimiyyətində müavin işləmişdir.
Adama deyərlər ki, ərəb dili tərcüməçisinin, partkomun, icra başçısının müavinin Turizm universitetinə rektor olması hansı məntiqə uyğundur..?
Onu da qeyd edək ki, İlham Mədətov universiteti sanki öz qaydaları ilə idarə edir, ali məktəbdə korrupsiya baş alıb gedir.
Rektorun müavini, yəni tədris işləri üzrə prorektor Zaur Bağırov isə kəsr, imtahan, qayıb məsələlərini əlində cəmləyib, özü üçün gəlir mənbəyinə çevirib.
Hətta deyilənə görə, elə tələbələr var ki, heç 5 gün də universitetə gəlməyiblər, sadəcə, hazır diplom alıblar.
Rektorun inkişaf məsələləri üzrə müavini, prorektor İranə Əliyeva da öz həmkarından geri qalmır.
Yeri gəlmişkən, İranə Əliyeva sabiq nazir Əbülfəs Qarayevin ən yaxın adamı olub. Bu xanım prorektor da rektorun tapşırığı ilə işə qəbul, işdən uzaqlaşdırma, tələbə qəbulu məsələlərini həll edir.
Rektorun müşaviri olan Elvin Yusifli universitetdəki bütün qanunsuzluqlara rektorun göstərişi ilə nəzarət edir, kadr məsələlərini yönəldir.
Bir sözlə, Turizm və Menecment universiteti sözün əsl mənasında rektorun öz qaydaları ilə idarə olunur.
Yazıda bir çox saytların materiallarından istifadə olunub.
Növbəti yazıda Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalovun əməllərindən bəhs edəcəyik.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi