Füzulinin Araz Yağlıvənd kənd məktəbindən dəhşətli video görüntülər… - Direktor Səidə Hacıyeva şagirdləri niyə barama kimi tüstüdə boğur..?
Füzulinin Araz Yağlıvənd kənd məktəbindən dəhşətli video görüntülər… - Direktor Səidə Hacıyeva şagirdləri niyə barama kimi tüstüdə boğur..?
Məktəbin tavanı-döşməsi qopub, tualeti isə rüsvayçılıqdır…
Görəsən, nazir Emin Əmrullayev bu videolara baxanda xəcalət çəkirmi ?
Bəs rayonun icra başçısı Alı Alıyev hara baxır ?
Qısa məlumat üçün qeyd edək ki, Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir.
Həmin məktəblərdən biri də şəhid Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbidir.
Məktəbin direktoru isə Səidə Hacıyevadır.
Ümumiyyətlə, bu məktəb barəsində yerli sakinlərin mətbuata yazdıqlarını oxuyanda, göndərdikləri videolara baxanda adam dəhşətə gəlir.
XXI əsrdə mal tövləsinə bənzəyən məktəbdə necə şagird oxuya bilər.
Sakinlər yazır ki, Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbində qanunsuzluqlar baş alıb gedir. Belə ki, məktəbin direktoru olan Səidə Hacıyeva məktəbin həyətində öz şəxsi təsərrüfatına aid olan inəkləri, mal-qaranı otarır.
Şikayətçininn yazdıqlarından bəlli olur ki, məktəbdə istilik sistemi yoxdur, odun sobası yandırırlar və şagirdlər tüstüdən dərs otaqlarında otura bilmir, dərslər yarımçıq kəslir. Müraciətdə o da qeyd olunur ki, məktəbin direktoru Səidə Hacıyeva dövlət tərəfindən məktəbə ayrılan idman avadanlıqlarını sataraq mənimsəyib.
Məktəbin fizika, kimya, biologiya otaqlarına verilən fizika, kimya, biologiya avadanlıqları isə direktor Səidə Hacıyeva və RTŞ-nin müdiri Ramella Məmmədova tərəfindən mənimsənilib. Bütün bunlar azmış kimi məktəbin müəlliməsi Pərvanə Quliyeva saxta diplomla məktəbdə direktor müavini işləyib. Direktor müavini işləyən zaman qeyri-qnuni olaraq vəzifə maaşı ilə bərabər dərs yükünə görə də maaş alıb.
Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. Şikayətçilər xahiş edir ki, onların göndərdiyi müraciəti və göndərdiyi canlı video görüntüləri ictimailəşdirək.
Gündəlik-Bakı olaraq bu məktəblə bağlı “Məktəb, yoxsa örüş yeri” başlıqlı yazımızda bəhs etmişdik.
Yenicə redaksiyamıza göndərilən təzə videolara baxanda isə…adam dəhşətə gəlir.
Məktəbin həyəti zibil yığını, mal təzəkləri ilə doludur.
Bütün bunlar azmış kimi məktəbin tualetinə baxanda adam dəhşətə gəlir.
Birincisi, tualetin qapısı yoxdur.
İkincisi, tualet dəhşətli dərəcədə natəmiz vəziyyətdədir, antisanitariya və s.
Görəsən, Səidə Hacıyeva başa düşmür ki, bu məktəb 1992-ci ildə Qarabağda şəhid olmuş əsgərimizin adını daşıyır.
Barı, heç olmasa, şəhidin adından utanın, abır-həya edin dəə…
Canlı videolardan görünür ki, mart ayında, yəni soyuq havada şagirdlər sinifdə soyuqdan donur, sinif otağını isə tüstü basıb, şagirdlər öskürür, boğulur…
Vallah, vaxtilə baramanın içindəki kəpənəkləri boğmaq üçün tüstüyə verərdilər. Lap adamın gözünün qabağına həmin mənzərə gəlir.
Görəsən, Səidə Hacıyeva bu gül balaları nə üçün boğur..?
Həm də qışın günündə, xəstəliklərin yayıldığı bir vaxtda belə məktəbə hansı şagird gəlmək istəyər..?
Sinif otaqlarınn döşəməsi dəlmə-deşik, tavanı uçuq. Bura necə məktəb demək olar..?
Görəsən bu canlı videoları, təhsil naziri Emin Əmrullayev, yaxud rayonun icra başçısı Alı Alıyev görmür ?
Cənab nazirə və icra başçısına buradan deyirk ki, sizi həmin uşaqların tüstüdən boğulduğu otaqlara salsalar dözə bilərsinizmi..?
Maşallah ikiniz də oturmusunuz isti və yaraşılıq kabinetlərdə….uşaqlar da tüstüdən boğulur…
Həmin məktəbin şagirdləri Qarabağı azad elədi, şəhid oldular ee…
Vallahi, bu vide görüntülər xarici mediaya yol tapsa, bir millət və cəmiyyət olaraq biabır olarıq.
Sonda bir daha onu qeyd etmək istəyirik ki, malyarı-rəngsazı rəssam, rəssamı malyar yerinə qoyanda belə də olmalı idi.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
Yazıda müxtəlif saytların materiallarından istifadə olunub.