SON DƏQİQƏ! Baş nazir mühüm qərar imzaladı
I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları dəyişib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.
Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1); 3.8.1.2. riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.
Bundan əvvəl I ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) idi.
Eyni zamanda I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər