SON DƏQİQƏ! Azərbaycanın ən bahalı təhsil ocağı təcili bağlandı
Bakıda fəaliyyət göstərən ən bahalı təhsil ocaqlarından biri "Oxbridge Academy" karantinə alınıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, buna səbəb mərkəzin əməkdaşlarında və şagirdlərində kütləvi yoluxmanın baş verməsidir.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında akademiyanın COVİD-19 infeksiyasına yoluxmuş müəllim heyəti və şagirdləri üçün 1 həftəlik karantin müddəti tətbiq olunub.
Akademiyada saytımıza bildirilib ki, bu gün karantinin ilk günüdür.
Qeyd edək ki, "Oxbridge Academy" Azərbaycanın ən bahalı təhsil mərkəzlərindən biri hesab edilir. Belə ki, akademiyada 1-6 siniflər üçün illik haqqı 6500 dollar, 7-9 siniflər üçün 7800 dollar, 10-11 siniflər üçün 9100 dollar və 12-13 siniflər üçün 11700 dollardır.