azia.az
azia.az

Gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri AÇIQLANDI

27-12-2021, 17:38

Gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.

Mərkəzdən Redaktor.az-a verilən məlumata görə, yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.

Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz:

İmtahanın adı

Tarixi

Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahan- 23 yanvar

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı- 23 yanvar

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)- 13 fevral

Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı- 13 fevral

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı- 20 fevral

Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)- 20 fevral

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı- 27 fevral

Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahan- 28 fevral

TOEFL imtahanı-8, 22 yanvar/ 12, 19 fevral

GRE imtahanı- 9 yanvar/ 4 fevral

TKT (Teaching Knowledge Test) imtahanı- 29 yanvar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi