azia.az
azia.az

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

3-07-2020, 13:04

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

Azia.Az-a daxil olan məlumata görə, imtahanlarda 15 min 526 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi