azia.az
azia.az

Yaşı 65-dən yuxarı olan şəxslərlə bağlı qadağa LƏĞV EDİLDİ

22-09-2021, 12:58

Yaşı 65-dən yuxarı olan şəxslərlə bağlı qadağa LƏĞV EDİLDİ
Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan təhsil verənlər də cəlb olunacaq.
Azia.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

Eyni zamanda texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.

Bundan əvvəl təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsil verənlər cəlb olunmalı idi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi