Son dəqiqə! Azərbaycanda məktəblər bağlanır- RƏSMİ
Bu barədə Azia.az-a Təhsil Nazirliyindən məlumat verilib.Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb.
Bildirilib ki, Təhsil Nazirinin əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə ilə bağlı tədbirlər 17 və 18 yanvar tarixlərində təxirə salınır.
Bura bütün ümumtəhsil müəssisələri, peşə təhsili müəssisələri,orta ixtisas və ali məktəblərdə istənilən növ tədris tədbirləri- dərs,imtahan,kollokvium və sair daxildir. Eyni zamanda istər dövlət, istər özəl təhsil müəssisələri və uşaq bağçaları da bu siyahıya daxildir.
Universitetlər sabaha planlaşdırılan semest imtahanlarını da təxirə salıblar.
Aybəniz Abdulova