azia.az
azia.az

“Bu valideynlər məktəbə buraxılmayacaq” – Təhsil Nazirliyindən AÇIQLAMA

20-09-2021, 13:16

“Bu valideynlər məktəbə buraxılmayacaq” – Təhsil Nazirliyindən AÇIQLAMA
Koronavirus penademiyası və karantin rejimi ilə əlaqədar vaksin olunmayan şəxslərin əksər qapalı məkanlara girişi qadağan edilib. Artıq məktəblərə də vaksin olunmayan valideynlərin buraxılmadığı bildirilir.

Maraqlıdır, valideynlər koronavirus əleyhinə peyvəndin tək dozası ilə tədris müəssisəsinə daxil ola bilərmi?


Mövzu ilə bağlı sfera.az-a danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məktəbə daxil olmaq istəyən valideynlərin hər iki dozadan istifadə etməli olduğunu bildirib:

“Tədris müəsssisələrinə daxil olmaq istəyən valideynlərdən vaksin pasportu tələb edilir. Bu səbəblə hər iki doza üzrə vaksin olunmaq mütləqdir”.

Qeyd edək ki, bundan əvvəl Təhsil naziri Emin Əmrullayev məktəblilərin valideynlərindən vaksin pasportunun tələb edilmədiyini bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi