azia.az
azia.az

5 minlik saat, 50 minlik avtomobil: GDU-nun sadə dekanın mürəkkəb həyatı

8-09-2021, 09:24

5 minlik saat, 50 minlik avtomobil: GDU-nun sadə dekanın mürəkkəb həyatı

Gəncə Dövlət Universiteti Azərbaycanda ən çox neqativ halların tüğyan etdiyi təhsil müəssisəsidir.

Universitetdə rektorla dekanın "işbirliyi" bu təhsil ocağını biabırçı vəziyyətə gətiribdir.

Qlobal.az-a verilən məlumata görə Universitetdə baş verən korrupsiya sisteminə rektor Yusif Yusibovun kadrı kimi tanınan Şahin Xurşudov nəzarət edir:
5 minlik saat, 50 minlik avtomobil: GDU-nun sadə dekanın mürəkkəb həyatı
"Şahin Xurşudov GDU-da İqtisadiyyat-idarəetmə fakültəsinin dekanıdır. Şahin Xurşudovu həmkarlarından fərqləndirən cəhət savadı yox, dekan olduqdan sonra sahib olduğu var-dövlətdir. İxtisasca texnoloq olan dekan qısa müddət ərzində sahib olduğu "iqtisadi uğurlarını" nümayiş etdirməkdən çəkinmir. Şahin Xurşudov universitetdə 30 il stajı olan, maaşdan-maaşa sürünə-sürünə çıxan, işə avtobuslarda gəlib-gedən, ildə bir dəfə ayaqqabı dəyişən müəllimlərə bənzəmir. Əlli min manatlıq avtomobillə işə gəlib-gedən Şahin Xurşudovun qoluna taxdığı saatın qiyməti 5-6 min manat civarındadır"-deyə, məlumatda vurğulanır.

Qeyd edək ki, Şahin Xurşudov İqtisadiyyat-idarəetmə fakültəsinə dekan təyin edildikdən sonra Gəncə Dövlət Universitetinin 4-cü korpusunun həyətində 20-25 kv metrlik yeri qanunsuz zəbt edərək kafe tikdirməsi hadisəsi ilə medianın gündəmini zəbt etmişdi.

Xatırladaq ki, Şahin Xurşudov sabiq baş prokuror İlyas İsmayılovun bacısı oğludur.

Yazıda adları çəkilən qurum və ya şəxslər mövqe bildirə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi